Sayoko Yamaquçi | |
---|---|
yap. 山口小夜子 | |
![]() | |
Doğum tarixi | 19 sentyabr 1949[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 2007[2] (57 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktrisa, model[d], fotomodel[d], dəb dizayneri |
Sayoko Yamaquçi (山口小夜子, Yamaquçi Sayoko?, 19 sentyabr 1949[1], Yokohama – 14 avqust 2007[2], Tokio) – Yaponiya modeli, aktrisası və dizayneri. Yaponiyanın ilk moda ikonalarından biridir.
Sayoko Yamaquçi 1949-cu ildə Yokohamada doğulmuşdur.[3][4] Suqino dərziçilik məktəbindən məzun olduqdan sonra model kimi işləməyə başlamışdır.[4] O, 1971-ci ildə Paris kolleksiyası üçün podiuma çıxan ilk yapon model olmuş və bu çıxışından sonra tanınmış Asiya modellərindən birinə çevrilmişdir.[3] 1974-cü ildə "Newsweek" jurnalı onu "dünyanın ən yaxşı dörd modelindən biri" adlandırmışdır.[3] 1970 və 1980-ci illərdə Nyu-York və Parisdə modellik etmişdir.[4]
Yamaquçi Kenzo Takada və Kansay Yamamoto kimi Yaponiya modelyerlərinin şoularında çıxış etmişdir.[4] Yamamoto müsahibələrinin birində bildirmişdi ki, "o, Yaponiya qadınlarının gözəl olduğunu hiss etdirən ilk şəxs olmuşdur".[4] Yamaquçinin kare saç düzümü və uzun dar gözləri Qərb dünyasında Asiya gözəlliyinin simvollarına çevrilmişdir.[4]
Yamaquçi 2007-ci ildə pnevmoniyadan ölmüşdür.[4]
Tokio Müasir İncəsənət Muzeyində ona həsr olunmuş sərgi təşkil olunmuşdur.[3]