Seeley Tarixi Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Digər məlumatlar | |
ISIL kodu | GB-UkCU-HIS |
Sayt | hist.cam.ac.uk/seeley-li… |
Seeley Tarixi Kitabxanası — Böyük Britaniyanın Kembric Universitetinə məxsus tarix kitabxanasıdır. Kembricdəki Qərb Yolu üzərindəki Sidqvik Əmlakında yerləşən Tarix fakültəsinin bir hissəsidir.[1] 2003-cü ilin oktyabr ayından alınan kitablar Konqres Kitabxanasının Təsnifat Sistemi ilə təsnif edilir. Əvvəllər bu kitabxanaya xas olan sistemdən istifadə edilirdi. Yalnız universitet tələbələri üçün açıq olan kitabxana iş günləri səhər saat 9.00-dan axşam 19.15-ə kimi fəaliyyət göstərir. Şənbə günləri səhər 9-dan axşam 18.00-a qədər açıqdır. Kitabxana bazar günləri bağlıdır.[2]
Tarix kitabxanası 1807-ci ildə Con Symonds tərəfindən bir araya gətirilən minə yaxın kitabla yaradılmışdır. Bir müddət baxımsız qalan kitabxana 1884-cü ildə Oscar Brovning sayəsində yenidən təmir edildi.[3]1890-cı ildə onun tarixi kitabxanası Fəlsəfə Kitabxanasından Kral Kollecinin saytına köçürüldü. 1897-ci ildə bu kitabxana tarixçi Con Silinin şərəfinə Seeley Tarixi Kitabxanası adlandırıldı. Kitabxana zamanla bir neçə dəfə köçürüldü, lakin 1968-ci ildə memar Ceyms Stirlinq tərəfindən layihələndirilən yeni Tarix fakültəsi binasına köçürüldü.[4] 95.000-dən çox kitab və resurs ehtiva edən Seeley Tarix Kitabxanası, bu gün bu bina eyni anda 300 tələbəyə xidmət edə bilər.