Sehrin rəngi | |
---|---|
The Colour of Magic | |
Müəllif | Terri Pratçett |
Janr | fantaziya |
Orijinalın dili | ingilis |
Ölkə | |
Orijinalın nəşr ili | 1983 |
“Sehrin rəngi” (ing. The Colour of Magic ) – ingilis yazıçısı Terri Pratçettin 1983-cü ildə yazılmış yumoristik fentezi janrında romanı.
“Yastı dünya” (ing.”Discworld”) seriyasından ilk roman.
Romanda barəsində söhbət gedən sehrin rəngi Yastı dünyanın göy qurşağının səkkizinci rəngi olan oktarindir. Romanda həm də sehrli metal oktiron (Aqat imperiyasında kəşf edilmiş ehtiyatları var) və sehrli qaz oktaqon xatırlanır.
Müəllif bildirirdi ki, o sadəcə pis fentezini və bir az da yaxşı fentezini təqlid etmək istəyirdi[1]. Romanda bu janrın ən populyar nümayəndələri olan C.R.R.Tolkin, Lavkraft, Enn Makkefri, Fritz Leyber kimi müəlliflərə allüziyalar var.
Aqat imperiyasının təbəəsi olan İkiçiçək Yastı Dünyanın ən iri şəhəri olan Ank-Morporkla tanış olmaq üçün bura gəlir və Yastı Dünyanın ilk turistinə çevrilir. Öz inkişafında Aqat imperiyasından geri qalan şəhər sakinlərini o öz eynəkləri, danışıq kitabı və ikonoqrafı (fotoaparatın analoqu) ilə təəccübləndirir. İçi qızılla dolu olan ağıllı armuda ağacından hazırlanmış canlı Sandıq da İkiçiçəyi müşayiət edir. Tavernada İkiçiçək yarımçıq sehrbaz Rinsvindlə tanış olur və ondan şəhəri göstərməyi xahiş edir. Bundan sonra, personajların başına qeyri-adi macəralar gəlir: şəhərdə yanğın, şər ilahı Bel-Şamqarotun məbədindəki hadisələr, İlandağda (Wyrmberg) təsəvvür etdikləri əjdahalarla yaşayan xalqla qarşılaşmaları, Krull adasında macəralar və s.
Romanda Yastı Dünya haqqında bəzi məlumatlar verilir. Belə ki, Dünya sakinləri inanırlar ki, Yastı Dünya üzərində dörd filin durduğu tısbağanın: Böyük Atuinin üzərində yerləşir. Krull adasının sakinləri isə hətta Böyük Atuinin erkək yoxsa dişi olmasını müəyyənləşdirmək üçün kosmik layihə həyata keçirməyə çalışırlar.
2008-ci ilin martında Londonda “Sehrin rəngi” və “Ağılsız ulduz” romanları əsasında çəkilmiş televiziya filminin premyerası olmuşdu. Britaniyanın Skü One teleşirkəti tərəfindən çəkilmiş bu filmdə Şon Astin (İkiçiçək), Kristofer Li (Ölümün səsi), Tim Karri (Traymon), Ceremi Ayrons (Patrisi), Terri Pratçett (astrozooloq) çəkilmişlər.