Seki Takakazu

Seki Takakazu
yap. 関孝和
Doğum tarixi 1642[1]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1708(1708-12-05)[2]
Vəfat yeri
İş yerləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seki Takakazu (関 孝和?, 1642[1], Fucioka[d], Tokuqava şoqunluğu[2]5 dekabr 1708[2], Edo[d], Tokuqava şoqunluğu[2]) və ya Seki Kova (関 孝和?) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur.[3] "Vasanın tanrısı" kimi tanınır.[4]

Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur.[3] Sekinin həyatı haqqında məlumatlar azdır.[5] O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür.[5] O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir.[6]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır.[6] Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan HueyÇen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur.[5] O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.[6] Determinantlar nəzəriyyəsi alman riyaziyyatçı Qotfrid Leybnits tərəfindən inkişaf etdirilsə də, Seki bu nəzəriyyəni ondan öncə kəşf etmişdir.[6] O, cəbri notasiya sistemini yaratmış, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, vasanın əsasını qoymuşdur.[4]

Seki "Kayfukuday no ho" (1683) "Kayinday no ho" (1685) kimi əsərlərin müəllifi olmuş, adıçəkilən son əsərdə kök əldə əldə etmək üçün istifadə olunan qədim Çin metodundan bəhs etmişdir.[5]

Seki bir neçə fundamental hesablama konsepsiyası kəşf etmiş,[6] riyaziyyat haqqında bir çox kitab yazmışdır.[3] Onun cəbr texnikaları şagirdi Takabe Katahiro tərəfindən inkişaf etdirilmişdir.[6]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 3 The Japan Biographical Encyclopedia & Who's Who
  4. 1 2 Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 231. ISBN 0-87011-628-2. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
  5. 1 2 3 4 Horiuchi, Annick. "Seki Takakazu". Britannica (ingiliscə). 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2022.
  6. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan