Selinus

Selinus
36°15′40″ şm. e. 32°17′05″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Selinus xəritədə
Selinus
Selinus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SelinusTürkiyənin Antalya ilinin ərazisində, Qazipaşa mahalı yaxınlığında qədim şəhər. Alanyanın 45 kilometr şərqində kiçik bir yarımadanın yamacında qurulan qədim dövrə aid şəhərdir.

Şəhərin tarixi [[milad]dan əvvəl VI əsrə qədər uzanmaqdadır. Roma imperatoru Trayan, Şərqi Aralıq dənizində Part səfərindən qayıdarkən xəstələnərək gəldiyi bu şəhərdə 9 avqust 117-ci ildə ölmüş və külü Romaya göndərilmişdir.

Şəhər bir müddət Trayanapolis adını almışdır. Yarımadanın bəndlərlə əhatə olunmuş təpəsində şəhərin qalası vardır. Zirvə Aralıq dənizinə baxan bir mənzərəyə sahibdir. Şəhərin aqorası dəniz kənarındadır. Aqoranın dağılmasına baxmayaraq qranit sütunları görünür. Yamacdakı bəndlərin içində kilsə qalığı vardır. Kilsə Əziz Theklaya adanmışdır.

Şəhərin bir başqa abidəsi də 13-cü əsr Səlcuqlular dövründə qırmızı ziqzaq motivlərlə bəzənmiş bir ov köşküdür. Bu tikilinin də qədim dövrdən qaldığı və imperator Trajanusun xatirəsinə tikilmiş bir məzar olduğu sanılmaqdadır. Aralıq dənizinə axan Selinus çayı ətrafında su kəməri qalıqlarına rast gəlinir. Şəhərik iki hamamından biri qayalıq yamacın dənizə endiyi hissəsidir. Şəhərdəki teatr məhv olmuşdur. Şəhərin qəbirstanlığındakı qəbirlər tarixi abidə olaraq Kilikya bölgəsinin ölü basdırma adətlərini ən gözəl şəkildə ortaya qoymaqdadır. Qədim şəhərdəki arxeoloji işlər hələ ki səthi araşdırmalarla məhduddur.

Girişin ödənişsiz olduğu təpəyə təxminən yarım saatlıq yürümə ilə çıxmaq mümkündür. Düz cığır yoldan təpəyə çıxacaq kəslərin özləri ilə su götürmələri məsləhət görülür.