Selman Vaksman

Selman Vaksman
ing. Selman Abraham Waksman
Doğum tarixi 22 iyul 1888(1888-07-22)[1][2][…]
Vəfat tarixi 16 avqust 1973(1973-08-16)[3][1][…] (85 yaşında)
Elm sahələri biokimya, mikrobiologiya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Gran Cruz de la Orden Civil de Sanidad fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selman Abraham Vaksman (ing. Selman Abraham Waksman) — (22 iyul 1888[1][2][…]16 avqust 1973[3][1][…]) Amerika mikrobioloq və biokimyaçısı.1952-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı. Karolinska İnstitutundan Arvid Volqren Nobel mükafatına layiq görülən. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1942)[5], Paris Elmlər Akademiyasının xarici üzvü (1955; 1937-ci ildən müxbir)[6]. Selman Vaksman 16 avqust 1973-cü il Woods Hole, Massaçusets, ABŞ -da ömrünün 85-ci ilində vəfat edib.

Selman Vaksman 22 iyul 1888-ci ildə Vinnitsa yaxınlığındakı Novaya Priluka şəhərində kiçik kirayəçi Yakov Vaksmanın və univermağın sahibi Freida Vaksmanın (London əsilli) ailəsində anadan olub. Odessadakı 5 saylı gimnaziyanı bitirib. 1910-cu ildə ABŞ-yə mühacirət etdi. O, Kənd Təsərrüfatı Texnikumuna daxil olub, orada torpaq mikrobiologiyası ixtisası üzrə təhsil alıb. 1918-ci ildə Berklidəki Kaliforniya Universitetində fermentlərin kimyasını öyrənərək doktorluq dərəcəsi aldı. Onun sonrakı karyerası Nyu Cersidəki Rutgers Universiteti ilə bağlıdır. 1925-ci ildə dosent, 1931-ci ildə professor təyin edilmişdir[7].1932-ci ildə Amerika Vərəm Assosiasiyası Selman Vaksmandan vərəm çöpünün torpaqda necə parçalandığını öyrənməyi xahiş etdi. Alim bu prosesdən məsul olan antaqonist mikrobların olduğu qənaətinə gəlib. Dörd il ərzində Vaksman və onun həmkarları bakteriyalara təsir edə biləcək antibiotiklər axtarışında on minə yaxın müxtəlif torpaq mikroorqanizmini araşdırdılar. 1940-cı ildə elm adamları olduqca zəhərli olduğu ortaya çıxan aktinomisini təcrid etdilər. İki il sonra onlar vərəm patogenlərinə qarşı təsirli olduğunu sübut edən bir antibiotik olan streptomisini kəşf etdilər.1946-cı ildə bir neçə illik sınaq və təkmilləşdirmədən sonra streptomisin vərəm və vəba ilə mübarizədə geniş istifadə olunmağa başladı. Streptomisin çox qiymətli olduğunu sübut etdi, çünki sulfanilamid dərmanlarına və penisillinə davamlı bakteriyalara qarşı təsirli idi. Streptomisinin alınması digər alimləri yeni antibiotiklər axtarmağa sövq etdi. Dərmanların bu sahəsinin inkişafı Selman Vaksmanın işinin sözsüz nailiyyətləri idi. Bununla belə, bir əczaçılıq şirkəti tərəfindən streptomisinin satışından əldə edilən gəlirin bölüşdürülməsi zamanı streptomisini birbaşa kəşf edən Şats ilə antibiotikin tapılması üçün metodologiya hazırlayan Vaksman arasında münaqişəyə və davaya səbəb olub. Bunlara baxmayaraq eyni zamanda elmi jurnallardakı məqalələrdə və kəşfi təsvir edən patentdə hər ikisinidə əsas müəlliflər kimi göstərilir[8]. Sonunda Şats qazancın bir hissəsini aldı, lakin Vaksman ilə münasibətlərini pozdu. 1952-ci ildə Vaksman "Vərəmin müalicəsində təsirli olan ilk antibiotik olan streptomisinin kəşfinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı (baxmayaraq ki, Şats Nobel mükafatına layiq görülməmişdi).

  • 1947 — Amori Mükafatı
  • 1947 — Passano mükafatı
  • 1948 Albert Lasker Əsas Tibbi Tədqiqat Mükafatı, "Streptomisinin kəşfinə səbəb olan torpaq bakteriyalarının antibiotik xassələrinin tədqiqinə görə"[9]
  • 1949 — Con Skott medalı
  • 1950 — Levenquk medalı
  • 1950 — Fəxri Legion ordeninin rəhbəri
  • 1952 — Fiziologiya və Tibb üzrə Nobel Mükafatı, "Vərəmin müalicəsində təsirli ilk antibiotik olan streptomisinin kəşfinə görə"
  • 2005 — Milli İxtiraçıların Şöhrət Zalına daxil edildi
  1. 1 2 3 4 Selman Abraham Waksman // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Selman Abraham Waksman // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. Ваксман, Зельман Абрахам на сайте Национальной академии наук США (англ.)
  6. Les membres du passé dont le nom commence par W Архивная копия от 6 августа 2020 на Wayback Machine (фр.)
  7. Еврейская Украина: 10 фактов о евреях Винницы. Архивировано из оригинала 18 октября 2016 года.
  8. Pringle, Peter (June 11, 2012). "Notebooks Shed Light on a Discovery, and a Mentor’s Betrayal Архивная копия от 6 октября 2017 на Wayback Machine". The New York Times. Просмотрено 11 июня 2012. (англ.)
  9. 1948 Lasker Awards | The Lasker Foundation. Дата обращения: 21 марта 2017. Архивировано 22 марта 2017 года.