Sem Berns

Sem Berns
ing. Sam Berns
Doğum tarixi 23 oktyabr 1996(1996-10-23)
Doğum yeri
Vəfat tarixi 10 yanvar 2014(2014-01-10) (17 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Progeriya
Fəaliyyəti spiker-motivator[d], tələbə, boyakar[d]
progeriaresearch.org

Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d]10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist.[1][2] 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi.[1][3][4]

Progeriya Araşdırma Fondu

[redaktə | mənbəni redaktə et]

Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər.[5] Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.[1][6].[7][8]

TEDx konfransı

[redaktə | mənbəni redaktə et]

Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi.[9] Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı.[10] Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).[11][12][13] Çıxışında xoşbəxt bir həyata sahib olmaq üçün əsaslandığı üç istiqamətdən danışdı:

  • Edə bilməyəcəyiniz şeyləri qəbul edin, çünki hələ edə biləcəyiniz çox şey var.
  • Ətrafınıza birlikdə olmaq istədiyiniz keyfiyyətli insanları toplayın.
  • İrəliləməyə davam edin.

Videonun sonunda isə o, daha bir tövsiyə verir və deyir: "Qatıla biləcəyiniz bir parti varsa, əsla vaz keçməyin".

"Semə görə həyat"

[redaktə | mənbəni redaktə et]

"Semə görə həyat" filmi 2013-cü ildə Semin həyatından bəhs edən sənədli filmdir və Sandens daxil olmaqla, film festivallarında nümayiş olundu və oktyabr ayında HBO-da yayımlandı. Kinomatoqrafiya İncəsənət və Elmlər Akademiyası filmin Oskar nominasiyasına namizəd olan 15 sənədli film arasında olduğunu ifadə etdi.[14][15][16]

Sem 2014-cü ilin 10 yanvarında 17 yaşı olarkən Foksboroda vəfat etdi. Progeriya xəstəliyinə sahib insanlar orta hesabla 13 il yaşaya bilirlər. Sem progeriya xəstələrinin ömrünü təxmini dörd il üstələdi. Onun ölümü vətənində və bir çox başqa ölkələrdə kədərə səbəb oldu.[17]

  1. 1 2 3 Fox, Margalit. "Sam Berns, 17, Public Face of a Rare Illness, Is Dead". The New York Times. 13 yanvar 2014. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2014.
  2. "The Short, Remarkable Life of Sam Berns Turned Spotlight on Progeria". news.nationalgeographic.com. 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2014.
  3. "Sam Berns, Star of Life According to Sam, Dies at Age 17 – Regina Weinreich". The Huffington Post. İstifadə tarixi: 14 yanvar 2014.
  4. Sam Berns. "My philosophy for a happy life". YouTube. TEDx Talks. 13 dekabr 2013. 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2015.
  5. "Progeria Research Foundation – Our Story". Progeria Research Foundation. Progeria Research Foundation. 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2014.
  6. "Progeria Research Foundation – Quick Facts". Progeria Research Foundation. Progeria Research Foundation. 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2014.
  7. Berman, Michele R. "Life According To Sam Berns". MedPage Today. 16 oktyabr 2013. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2014.
  8. Titunik, Vera. "Revisiting Sam Berns". The New York Times Magazine. oktyabr 2, 2012. dekabr 29, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: yanvar 14, 2014.
  9. "TEDxMidAtlantic". tedxmidatlantic.com. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  10. "Sam Berns: 17-Jähriger stirbt als alter Mann" (alman). news.at. 19 yanvar 2014. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  11. TEDx Talks. "My philosophy for a happy life – Sam Berns – TEDxMidAtlantic". 13 dekabr 2013. 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017 – YouTube vasitəsilə.
  12. Fox, Margalit. "Sam Berns, 17, Public Face of a Rare Illness, Is Dead". 13 yanvar 2014. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017 – NYTimes.com vasitəsilə.
  13. Henig, Robin Marantz. "The Short, Exuberant Life of Sam Berns". The 6th Floor Blog. 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  14. "Life According to Sam". 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  15. "Life According to Sam (2013)". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2017.
  16. Robin Marantz Henig. "Racing With Sam". The New York Times. 2005-01-30. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30.
  17. "Rat eines Sterbenden Verpasst nie eine Party!" (alman). welt.de. 14 yanvar 2014 tarixində arxivləşdirilib.