Semeru | |
---|---|
Ümumi məlumatlar | |
Tərkibi | andezit |
Mütləq hündürlüyü | 3.676 m[1] |
Yerləşməsi | |
8°06′ c. e. 112°55′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Semeru (ind. Semeru) — İndoneziyanın Yava adasındakı ən hündür vulkan. Semeru vulkanik kompleksin cənub ucunda — Tengger kalderasında yerləşir. Vulkanın kraterində lava gölü var. Semeru hündürlüyü — 3676 m (adanın ən yüksək nöqtəsi), bir neçə kraterə malikdir; müasir kraterin diametri 500–650 m, dərinliyi 220 m-ə qədərdir. Vulkan andezit və bazaltlardan ibarətdir. Bu, Bromo Tengger Semeru Milli Parkının əsas görməli yeridir.