Send-Krik qətliamı

Send-Krik Qətliamı
Hindu müharibələri
Hindu müharibələri
Tarix 1864-cü il 29 noyabr
Yeri Kayova, Kolorado
Nəticəsi ABŞ-nin qələbəsi
Münaqişə tərəfləri

ABŞ

Şayenlər
Arapaho xalqı

Komandan(lar)

Con Çivinqton

Qara Qazan (başçı)

Tərəflərin qüvvəsi

700[1]

60-200

İtkilər

24 ölü
52 yaralı

163 ölü (əsasən qadınlar və uşaqlar)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qara Qazan (qəbilə başçısı)
Con Çivinqton

Send-Krik QətliamıPolkovnik Con Çevinqtonun komandanlığı altında amerikalıların müntəzəm qoşunlarının və könüllülərinin Send-Krik çayı üzərindəki şayenlərin və arapaxoların düşərgəsinə hücumu.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
1868-ci il 29 sentyabr, Arapaho, şayen və kayovalıların qəbilə başçıları Denverdə danışıq apararkən.

1858-ci ildə Kolorado dağlarında qızıl tapıldı(Payk Pik qızıl hərisliyi). Bu geniş hindu rezervasiyaları ərazisindən qızıl axtaranların axınının artmasına səbəb oldu. Qızıl axtaranların artması hindularla gələnlər arasında qarşıdurmalara gətirib çıxardı. Kolorado hakimiyyəti, federal dairələri rezervasiya ərazisinin azaldılması tələbi ilə müraciət etdi. 1861-ci ildə Qara Qazan və Ağ Antilop[2] da daxil olmaqla altı şayen qəbilə başçısı və Sol Əldə olan dörd arapaho qəbilə başçısı Fort Vizedə[3]ABŞ rəsmiləri ilə yeni bir müqavilə imzaladılar [3]. Bu müqavilə ilə hindular öz ərazilərinin əksərindən imtina etdilər. Müqavilə hindular üçün çox əlverişsiz idi. Çünki, müqavilə rezervasiya ərazisini 13 dəfədən çox azaldırdı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən şayenlərin Hərbi-köpəkləri müqaviləni tanımaqdan imtina etdilər. Hindularla amerikalılar arasında qarşıdurmalar davam edirdi.

1864-cü ildə Amerika qoşunları müharibə elan etmədən şayenlərin bütün yaşayış məntəqələrini dağıtmağa başladı. Nəticədə məntəqələrin 10%-ni məhv etdilər[4]. Leytenant Corc S. Ayranın rəhbəri olduğu bölmələr şayenlərin Kanzasdakı Smoki Hill çayı sahilindəki yay ov düşərgəsinə yaxınlaşdılar. Hindu qəbilə başçıları Arıq Ayı və Ulduz sülh danışıqları aparmaq üçün gəlsələrdə, ancaq öldürüldülər[5]. Bu hadisə, Kanzasdakı şayenlərin qisas müharibəsinə səbəb oldu.

Kolorado qubernatoru və Vətəndaş Müharibəsindən qayıdan könüllülər alayının komandiri polkovnik Çevinqton, ağ köçkünlərin ərzaq oğurlamaqda günahlandırdıqları hindulara qarşı sərt siyasət yürütməyə çağırırdılar:

" Hinduları sevən hər kəsin canı cəhənnəmə!... Mən hinduları məhv etmək üçün gəlmişəm. İnanıram ki, rəbbimizin səması altında onların məhvə layiq olduğuna və bunun üçün hər vasitə yaxşıdı. Böyük və kiçik, aman vermədən hər kəsi öldürün və baş dərilərini soyun[6][7].
— Polkovnik Con Milton Çevinqton
"

Lakin Qara Qazan və Sol Əlin rəhbərlik etdiyi şayen və arapaho qəbilələri Send Krikdə kiçik bir rezarvasiyada yerli sakinlərlə barışıq şəraitində yaşamağa razı oldular. Kolorado hakimiyyəti ilə danışıqlardan sonra 800-ə yaxın dinc hindu müharibə aparan hindulardan fərqlənmək üçün düşərgələrini amerikalılar tərəfindən müəyyən edilmiş yerdə qurdular. Sülh düşərgəsini Amerika qoşunlarının hücumundan qorumaq üçün Qara Qazan öz çadırının üzərinə hakimiyyət tərəfindən ona təqdim edilmiş böyük bir Amerika bayrağı dalğalandırmışdı[8]. Hakimiyyətin vədlərinə inanan əksər kişilər bizon ovlamaq üçün düşərgəni tərk etmişdilər. Qadınlar və uşaqlar ilə birlikdə yalnız 60-a yaxın döyüşçü qalmışdı.

Noyabrın 28-də düşmən hinduların aylarla nəticəsiz axtarışlarından sonra Koloradonun 1-ci və 3-cü süvari alaylarının 700 döyüşçüsü və atlı könüllülər polkovnik Çevinqtonun rəhbərliyi ilə dinc hinduların düşərgəsinə yaxınlaşdılar. Noyabrın 29-na keçən gecə əsgərlər və könüllülər əvvəlcədən qələbələrini qeyd edərək içki məslisi qurdular[9]. 1864-cü il noyabrın 29-u səhəri Çevinqton əsgərlərinə düşərgəyə hücum etməyi əmr etdi. Kapitan Silas Soul[10] və 1-ci Kolorado Süvari alayının leytenantı Cozef Kramer əmrə tabe olmaqdan imtina etdilər və tabeliyində olanlara atəş açmamaq əmrini verdilər. Ancaq əsgərlər atəş açdıqdan dərhal sonra düşərgənin üstündəki qaldırılmış Amerika bayrağı və ağ bayraqdan asılı olmayaraq, qalan hissələr dərhal düşərgəyə hücum etdilər. Hücum hindular üçün tamamilə gözlənilməz oldu, bəziləri atlara minnərəq çayın axını boyu qaçmağa başladılar. Öldürülən ilk insanlardan biri amerikalılarla barışıq imzalamış yetmiş beş yaşlı şayen qəbilə başçısı Ağ Antilop idi[11]. Ağ insanların səhvən hücum etdiyinə inanan arapaho qəbiləsi başçısı Sol Əl əllərini sinəsinə sıxaraq tüfəng və artilleriya atəşi altında dayanmışdı[12]. O, ölümcül yaralansada, döyüş bölgəsindən çıxarıldı və bir neçə gün sonra öldü. Hücumda iştirak edən atlı könüllülər qaşmaq istəyən insanların yolunu kəsmək üçün onları təqib edirdilər. Əsgərlər isə yavaş-yavaş onların ardınca gedərək hindu düşərgəsini "təmizləyirdilər". Kanyonun cənub yamacından artilleriya qaçan insanları atəşə tuturdu[13]. Bəzi hindular özlərini çay qumuna basdırmağa çalışırdılar. Sayları elə də çox olmayan şayen və arapaho döyüşçüləri qadın və uşaqların yaxınlıqdakı təpələrdə sığınmaq üçün geri çəkilməsini təmin edirdilər. Hindu döyüşçüləri dörd saat müqavimət göstərsə də əksəriyyəti həlak oldu. Sağ qalanlar isə çayın yuxarı axarına doğru çəkildilər. Onların aralarında qəbilə başçısı Qara Qazan da var idi.

Çevinqtonun əsgərləri çox vəhşilik törətdilər. Onlar öldürülmüş kişilərin başının dərisini soyub, qadınların döşlərini kəsdirdilər. Cəsədlər tanınmaz hala salınmışdı[14]. Heç bir müqavimət göstərməyən qadınlar və uşaqlar öldürülür, yaralılar sağ qoyulmurdu.

" Hinduların cəsədlərini gördüm, hissələrə bölünmüşdülər; təsəvvür etmək mümkün deyil çox sarsıdıcıdı; tanınmaz halda kiçik parçalara kəsilmiş qadınlar ... bıçaqlarla; baş dərisi, açıq kəllə sümüyü; iki aylıq körpələr... körpələrdən tutmuş döyüşçülərə qədər hər yaşda insanlar var idi...Və bu vəhşiliyi kim etmişdir? əlbəttəki, ABŞ ordusu...[15]
- Con S.Smit, Konqres Komissiyasının ifadələri, 1865
"
" Barmaqlar və qulaqlar bəzək əşyaları ilə birlikdə bədənlərdən kəsilmişdi. Kanyonun dibində qəlan aəbilə başçısı Ağ Antilopun cəsədinə xüsusi "diqqət" yetirilmişdi. Əsgərlər onun baş dərisini soymaqdan əlavə, onun burnunu, qulaqlarını və yanaqlarını çanta düzəltmək üçün kəsmişdilər...[16]
- Sten Hoyq
"

Hətta gedərkən də əsgərlər düşərgədə tapılan yaralıları qətlə yetirməyə davam edir, hind çadırlarını talan edir və atları qaçırırdılar. Qətliamdan sonra Çevinqtonun əsgərləri parçalanmış cəsədlərin, o cümlədən qurbanların cinsiyyət orqanlarını və hətta insan embrionlarını trofey şəklində götürürdülər. Onlar öz "qənimətlər"ini Denver sakinlərinə göstərir, kişi və qadın cinsiyyət orqanlarını yalnız yəhərlərdən asmır, həm də şlyapalarını da "bəzəyirdilər"[17].

Qətliamı araşdıran Konqres komissiyasının qarısında Çevinqton 500–600 hindu döyüşçüsünün öldürüldüyünü iddia edirdi[18]. Tarixçi Alan Brinkli 133 hindunun qətlə yetirildiyini, onlardan 105 nəfərinin qadın və uşaq olduğunu yazırdı[19] Белый очевидец Джон С. Смит сообщал о 70–80 убитых индейцах, включая 20–30 воинов,[20]. Ağ şahid Con Smit 70–80 nəfərin öldürüldüyünü və onların arasına 20–30 döyüşçünün də daxil olduğunu söyləyirdi. Bu da Brinklinin öldürülən döyüşçü sayı barədə məlumatlarla uyğun gəlirdi. Hücum əsnasında düşərgədə olan və yaralanan anası hindu qadın ağ amerikalı Villiyam Bentin oğlu Corc Bent, hinduların itkiləri ilə bağlı fərqli rəqəmlər sasləndirirdi. 1889-cu il martın 5-də o, 137 həlak olan barədə yazırdı: 28 döyüşçü və 109 qadın və uşaq[21]. Lakin ahıl yaşında 1913-cü il aprelin 30-da öldürülmüş və çox sayda yaralıdan "təxminən 53 kişi" və "110 qadın və uşaq" haqqında məlumat verirdi[22]. Hinduların sayının az olması səbəbindən bəzi tayfalar üçün qadın və uşaq itkisi çox ağır bir zərbə idi.

İlkin hesabatlarda 10 öldürülən və 38 yaralı amerika əsgəri haqda məlumat verilirdi. Lakin sonda hesabatlarda 1-ci süvari alayında 4 ölü və 21 yaralı, 3-cü alayda 20 ölü və 31 yaralı əksini tapmışdır. Beləliklə cəmi 24 nəfər öldürülmüş, 52 nəfər isə yaralanmışdır[20]. Hücumun qəfil və qüvvələrin çoxluğunu nəzərə alınaraq, amerika ordusunun itkisi həddən artıq olmuşdur. Di Braun çoxlu itkilərin Çevinqtonun sərxoş əsgərlərinin "dostluq" atəşinin[9] nəticəsi olduğunu yazırdı, lakin digər mənbələrdə[23][24] bu fərziyyə təsdiqlənmir.

Qətliamın nəticələri

[redaktə | mənbəni redaktə et]
Moçi amerikalıların əsirlyində. Qətliamdan sağ qurtulan və sonra döyüşçü olan şayen qəbiləsindən qadın.

Sand-Krik qətliamı şayenlərin ənənəvi icma sistemini sıradan çıxardı. Ağ insanlarla sülh tərəfdarı olan başçılar öldürüldü. Həmişə yadlarla hər hansı bir sülhün bağlanmasına və onların rezervasiyalarda məskunlaşmasına qarşı çıxan Döyüşçü Köpəklərin təsiri gücləndi. Şayenlər öldürülən yaxınlarının qisasını almaq istəyi ilə alışıb yanırdılar. Ağlarla dinc şəraitdə yaşamaq arzusunda olan, lakin heç bir səbəb olmadan qətliama uğrayan sülhsevər hindular qətliamından sonra fikirlərini dəyişdilər. Cənub və şimal şayenləri, şimal arapaho və lakota tayfaları birləşərək amerikalılara qarşı iyirmi ildən çox davam edən müharibədə iştirak etdilər. 1865-ci ilin qışında birləşmiş siu, şayen və arapaho tayfalarının hərbi əməliyatları qadın və uşaqlar da daxil olmaqla bir çox ağ köçkünün qarətinə və ölümünə səbəb oldu. Bu qarşıdurmalara son nöqtə yalnız 1890-cı ildə Yaralı diz (Vundet-Ni) dərəsindəki qətliamdan sonra qoyuldu.

ABŞ hökuməti polkovnik Çevinqtonun hərəkətlərinin araşdırılması üçün komissiya yaratmışdır. ABŞ höküməti Sand-Krikdəki hadisələrdə özünün günahkar olduğunu etiraf etdi və sağ qalan şayen və arapaholara təzminat ödəməyə razı oldu. Koloradonun qubernatoru istefaya göndərildi, ancaq polkovnik Çivinqtonun yeganə cəzası onun siyasi ambisiyalarının dağılması idi.

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]
  • Sand-Krik qırğını bir çox filmlərdə əksini tapmışdır — "Mavi geyinmiş əsgər", "Xırda böyük insan" və "Qərbə doğru" mini serialı.
  • Əhəmiyyətli dəyişikliklərlə ədəbiyyatda Emilio Salqari "Uzaq Qərbdə" romanında hadisəkər haqda bəhs edilir.
  • Гриннелл Дж. Сражающиеся шайены. — ЗелОбыватель, 1994. — 222 с.
  • Стукалин Ю. Хороший день для смерти. — "Гелеос", 2005. — 384 с. — ISBN 5-8189-0323-0.
  • Hoig, Stan. The Sand Creek Massacre. — Norman, OK: University of Oklahoma Press, 1977. — ISBN 978-0-8061-1147-6.
  • Hoig, Stan. The Peace Chiefs of the Cheyennes. — Norman, OK: University of Oklahoma Press, 1980. — ISBN 978-0-8061-1573-3.
  • Michno, Gregory F. Battle at Sand Creek. — El Segundo, CA: Upton and Sons, Publishers, 2004. — ISBN 978-0-912783-37-6.
  • Hyde, George E. Life of George Bent Written from His Letters. Ed. by Savoie Lottinville. — Norman, OK: University of Oklahoma Press, 1968. — ISBN 978-0-8061-1577-1.
  1. Gwynne, S.C., Empire of the Summer Moon: Quanah Parker and the Rise and Fall of the Comanches, the Most Powerful Indian Tribe in American History, Scribner, New York, 2010, p.220 ISBN 978-1-4165-9105-4
  2. "Sand Creek Massacre names". Cheyenne Language Web Site. 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-08.
  3. "Treaty with the Arapaho and Cheyenne, 1861" (Treaty of Fort Wise). 12 Stat. 1163, Feb. 15, 1861, p. 810.
  4. Hoig 1980, p. 63.
  5. Michno, Encyclopedia, p. 137.
  6. Brown, Dee. War Comes to the Cheyenne // Bury my heart at Wounded Knee. Macmillian. 2001 [1970]. 86–87. ISBN 978-0-8050-6634-0.
  7. PBS, "Who is the Savage?" Arxivləşdirilib 2019-06-10 at the Wayback Machine, 2001 THE WEST FILM PROJECT and WETA.
  8. Brown 1970, p. 87–88.
  9. 1 2 Brown, 1970, p. 91.
  10. Впоследствии Силас Соул давал показания против полковника Чивингтона, и вскоре после этого был убит в Денвере.
  11. Гриннелл Дж. Сражающиеся шайены. — ЗелОбыватель, 1994. — С. 115.
  12. Morley, Judy Mattivi. "Our People: Southern Arapahos Are Part of Boulder’s Spirit", Boulder Magazine', 2005.
  13. Michno, Battle at Sand Creek, p.235
  14. Гриннелл Дж. Сражающиеся шайены. — ЗелОбыватель, 1994. — С. 116.
  15. PBS. "PBS - The West". March 14, 1865. 2011-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-20.
  16. Hoig, Stan. The Sand Creek Massacre. Norman: University of Oklahoma Press. 2005 [1974]. səh. 153. ISBN 978-0-8061-1147-6.
  17. "Report of the United States Congress Joint Committee on the Conduct of the War, 1865". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
  18. "Testimony of Colonel J. M. Chivington, April 26, 1865" to the Joint Committee on the Conduct of the War. Arxivləşdirilib may 13, 2011, at the Wayback Machine New Perspectives on the West: Documents on the Sand Creek Massacre. PBS.
  19. Brinkley, Alan. American History: a survey. New York: McGraw-Hill. 1995. ISBN 978-0-07-912114-1. p. 469.
  20. 1 2 Michno, Battle at Sand Creek, p. 241
  21. Berthrong, p. 220
  22. Sand Creek Massacre National Historical Site Arxivləşdirilib 2013-09-30 at the Wayback Machine quotes from his letter
  23. Michno, Battle at Sand Creek
  24. Hoig, The Sand Creek Massacre