Sennaxerib | |
---|---|
Doğum tarixi | təq. e.ə. 745 |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr e.ə. 681 |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Uşaqları | |
Atası | II Sarqon |
Fəaliyyəti | suveren[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Sennaxerib (təq. e.ə. 745, Nimrud, Yeni Assuriya imperiyası – 20 oktyabr e.ə. 681, Nineviya, Yeni Assuriya imperiyası) — Assuriya hökmdarı
O,e.ə 702-ci ildə Babil şəhərini tutdu. Babilistan taxtına isə Belibnini əyləşdirdi.Lakin e.ə 700-cü ildə Mardukaplaiddin Elam dövlətinə arxalanaraq yenidən hərbi əməliyyata hazırlaşdı.[1]Sennaxerib ona qarşı böyük hərbi dəstə çıxartdı.Mardukaplaiddin döyüşə girməkdən çəkindi və Elamın cənubundakı bataqlıq vilayətinə qaçdı.E.ə 691-ci ildə digər Xald tayfa başçısı Muzeşib-Marduk Assuriyaya qarşı üsyan qaldırdı. Bu dəfə Babilistanın müttəfiqi Elam,o cümlədən Zaqros dağlarında yaşayan tayfalar idi.Babil və Elam birgə qoşununa Elam hökmdarı Humbannimena başçılıq edirdi[2]. Halul(Dəclə çayının üzərində) adlanan yerdə baş vermiş döyüş bərabərə bitdi.Hər iki tərəfdən xeyli itkilər oldu. Assurilər geri qayıtdılar,rəqiblər isə onları izləməyə qadir deyildilər. E.ə 690-cı ildə Elam hökmdarını iflic vurdu.Bunu eşidən Sennaxerib Babil şəhərini mühasirəyə aldı.Şəhərdə aclıq başladı.Ərzaqın qiyməti 75 dəfə artdı.Adamlar acından qırıldılar.E.ə 689-cu ildə dünyanın mədəniyyət mərkəzi olan Babil şəhəri təslim oldu.Muzeşib-Marduk əsir düşdü.Sennaxerib şəhər əhalisinə divan tutdu,şəhəri yerlə yeksan etdi.[3]Dağıntı o qədər böyük idi ki, bütün dünyanı sarsıtmışdı.Bundan sonra Babil təxminən yarım əsr (E.ə 689-626) Aşşurun hakimiyyəti altında qaldı.