Sentreyliya | |
---|---|
Centralia | |
40°48′12″ şm. e. 76°20′30″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1841 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 447 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 570 |
Poçt indeksi | 17927 |
Digər | |
centraliapa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Sentreyliya (ing. Centralia) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən ölü şəhər. 60-cı illərdə başlamış və indiyədək davam edən yeraltı yanğınlar səbəbiylə şəhərdə yaşayan əhalinin sayı 1000 nəfərdən (1981) 12 nəfərə (2005) düşmüşdür. 2007-ci ildə şəhərdə 9 nəfər, 2013-ci ildən isə cəmi 7 nəfər yaşamaqdadır.[4] Sentreyliya şəhəri hal-hazırda Pensilvaniya ştatında ən az əhali məskunlaşmış şəhər hesab olunur.
1841-ci ildə Conatan Faust Nərildəyən Çay şəhərciyi (Roaring Creek Township) adlanan bölgədə "Bull`s Head" adlı aşxana açır. "Locust Mountain Coal and İron Company"-nin mədən mühəndisi olan Aleksandr V.Ria adlı şəxs bu ərazidə olaraq, burada küçə salma layihəsini hazırlayır. Bu məntəqə ilk öncələr Centreville adı ilə tanınmışdır. Buna baxmayaraq, Skulkil (Schuylkill) ətrafında artıq Centreville adlı şəhər olduğundan, poçt xidməti iki müxtəlif yaşayış məntəqəsinin eyni adla adlandırılmasına icazə verməmişdir. Bu səbəbdən də Aleksandr Ria 1865-ci ildə şəhərin adını dəyişərək Sentreyliya qoyur və 1866-cı ildə Sentreyliya şəhər statusu alır.
1860 və 1870-ci illərdə Sentreyliya şəhəri irland emiqrantlarının gizli cəmiyyəti olan "Molly Maguires"-in fəaliyyət yeri olmuşdur. Şəhərin əsasını qoymuş Aleksandr Ria sifarişli qətlin qurbanı olmuşdur. Bu cinayətdə 3 nəfər təqsirləndirilmişdir və onlara edam hökmü verilərək Pensilvaniya ştatının Blumsberg şəhərində asılmışlar. Hökm 1878-ci il 25 mart tarixində həyata keçirilmişdir.
Şəhərdə yerləşən bir neçə ibtidai və bir ümumi orta təhsil məktəbinin idarə olunmasını həyata keçirən təhsil müəssisələri idarəsi fəaliyyət göstərmişdir. Həmçinin, iki məhəllə katolik məktəbləri də olmuşdur. Şəhərin infrastrukturu kifayət qədər inkişaf etmişdir və özündə 7 kilsə, 5 mehmanxana, 27 salon, iki teatr, bank, poçt bölməsi və 14 sənaye malları mağazası birləşdirmişdir.
Daş kömür-antrasit sənayesi şəhərin istehsalatının əsasını təşkil edirdi. Bu sahə 1960-cı - hələ əksər şirkətlərin bizneslərini bağlamadıqları illərədək fəaliyyət göstərmişdir. Şpur şaxtalarına əsaslanan mədən sənayesi isə 1982-ci ilədək fəaliyyət göstərmişdir.
Şəhərdən iki dəmir yolu xətti keçirdi. Bunlar "Philadelphia and Reading" və "The Lehigh Valley" idi. Bununla belə, "The Lehigh Valley" əsas daşıyıcı dəmir yolu xətti hesab olunurdu. Dəmir yolu daşımaları 1966-cı ildə fəaliyyətini dayandırmışdır.
1962-ci ilin mayında Sentreyliya Şəhər Soveti "Odd Fellows" qəbiristanlığının yaxınlığında yerləşən açıq mədənin şurfunda (mədən yataqları axtarmaq üçün qazılan quyu) nəzarətsiz şəkildə tullanılmış zibil yığınlarını təmizləmək üçün 5 könüllü yanğınsöndürən tutur.Bu "Anım Günü"-ndən (Memorial Day) bir neçə gün öncə baş vermişdir. Yanğınsöndürənlər, əvvəllər həmişə etdikləri kimi zibil topalarını yandıraraq onların bir qədər alışmasına şərait yaratmış və sonra isə söndürmüşlər. Ancaq, tam şəkildə söndürülməmiş alov səbəbindən zibil yığınının daha dərində yerləşən qalıqları yavaş-yavaş közərməyə başlamışdır və nəticədə yanğın mədəndəki dəlikdən nəzarətsiz qalmış digər kömür mədənlərinə yayılmışdır. Yanğını söndürmək cəhdləri uğursuz olmuşdur. Zaman keçdikcə isə insanlar, ayrılmış dəm qazı səbəbindən sağlamlıqlarının pisləşməsindən şikayət etməyə başladılar.
1979-cu ildə yanacaqdoldurma məntəqələrindən birinin sahibi yanacağın miqdarını ölçmək üçün yeraltı çənlərdən birinin içərisinə şup (dərinliyi və.s ölçmək üçün alət) yerləşdirmişdir və sonra şupu çıxardıqda o çox qaynar olmuşdur. Çəndə benzinin temperaturu təxminən 78 °C olmuşdur. Bundan sonra yerli əhali problemin həqiqi miqyasını anladı.
1984-cü ildə ABŞ Konqresi şəhər əhalisinin köçürülməsinin hazırlanması və təşkili üçün təqribən 42 milyon dollar pul ayırdı. Əksər sakinlər bu təklifi qəbul etdilər və qonşu şəhərlər olan Mount Carmel və Ashland-a köçdülər. Bəzi ailələr isə dövlət xadimlərinin xəbərdarlıqlarına baxmayaraq burada qalmağa qərar verdilər.
1992-ci ildə Pensilvaniya ştatı istifadə üçün yararsız olmasını səbəb gətirərək, şəhərdə olan bütün xüsusi mülkiyyətlərin məcburi müsadirəsi üçün icazə tələbini irəli sürdü. Ardınca sakinlərin məhkəmə vasitəsilə hansısa həll yolu axtarmaq cəhdləri uğursuzluğa düçar oldu. 2002-ci ildə ABŞ-nin Poçt Xidməti Sentreyliya şəhərinə məxsus olan 17927 poçt indeksini ləğv etdi.
Sentreyliya şəhərində praktiki olaraq demək olar ki,insan məskunlaşmış ev yoxdur. Evlərin əksəriyyəti dağıdılıb və hal-hazırda bu ərazi çəmənlik və onun içərisindən salınmış bir neçə yoldan ibarətdir. Şəhərin böyük bir hissəsi cəngəlliklə örtülmüşdür. Şəhərdə qalmış yeganə Müqəddəs Mariya kilsəsi hər həftə şənbə günləri xidmət göstərir. Şəhərdə 4 qəbiristanlıq var. Şəhərdəki yeraltı yanğın hələ də davam etməkdədir və bu gələcəkdə qeyri-müəyyən bir vaxta qədər davam edəcəkdir. Yanğını söndürmək üçün heç bir təşəbbüs göstərilmir. Orada yanğının hələ 250 il müddətində davam etməsi üçün kifayət edən kömür ehtiyatları vardır.
2005-ci ilin sonunda Pensilvaniya ştatının birliyi sakinlərin köçürülməsi ilə bağlı müqavilənin yeniləməmişdir və buna görə də orada qalmış sakinlərin talehi qeyri-müəyyəndir.
Gözlənilir ki, əvvəlki sakinlərin böyük bir hissəsi 2016- cı ildə, burada 1966-cı ildə xatirə abidəsinin yanında basdırılmış zaman kapsulunu açmaq üçün bura geri dönəcəklər.