Serafino | |
---|---|
it. Serafino | |
Janr | komediya filmi[1][2], dram filmi |
Rejissor | |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
İlk baxış tarixi | 17 dekabr 1968[3], iyul 1969[3], 25 iyul 1969[3], 19 sentyabr 1969[3], 26 sentyabr 1969[3], 2 oktyabr 1969[3], 11 noyabr 1969[3], 12 fevral 1970[3], 3 may 1970[3], 12 aprel 1971[3], 26 noyabr 1971[3], 8 oktyabr 1973[3], 24 yanvar 1975[3] |
Müddət | 93 dəq. |
Ölkə | |
Dil | italyan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Abruttso |
IMDb | ID0063583 |
Serafino (it. Serafino) 25 iyul 1969-cu ildə ekranlara çıxmış olan italyan bədii komediya filmidir. Baş rolu məşhur italyan aktyoru və müğənnisi Adriano Çelentano ifa etmişdir. “Serafino” filmi Adrianonun iştirakı ilə SSRİ-də M. Qorki adına kinostudiyada rəsmi olaraq rus dilinə dublyaj edilmiş üç filmdən biridir.
Serafino Fiorin adlı sadə bir kənd uşağı haqqında lirik hekayədir. Serafino çox ağıllı deyil, lakin o, zarafatcıl və çonbanlıq edən və yaxşı bir ürəyi sahib adamdır. O, yaşlı xalası Cesuina və Aqennor adlı əmisinin ailəsindən olan uzaq qohumları - varlı fermerlər istisna olmaqla, tamamilə tək yaşayır. Lakin o, həmkəndliləri - Rokko, Silio və Armido ilə birlikdə çobanlıq edir.
Serafinonun şəxsiyyəti ilə qısa tanışlıqdan sonra filmdə onun orduya çağırıldığını öyrənirik. Serafinonun düşdüyü hərbi hissə öyrəşə bilmədiyi böyük bir şəhərdə yerləşir. Serafino bilavasitə öz vəzifələrini son dərəcə zəif yerinə yetirir, müntəzəm olaraq müxtəlif cəzalar alır və bu da öz növbəsində bölmənin həm böyük, həm də kiçik komandir heyətini qəzəbləndirir. Nəticədə zabitlər axırda təslim olurlar və onu tibbi müayinəyə göndərirlər və tibbi müayinənin nəticələrinə əsasən Serafino ordudan tərxis edilərək öz kəndinə göndərilir.
Serafinonun qəfil tərxis olunması xəbəri onun qohumlarını o qədər də sevindirmir, çünki onlar Cesuina xalanın mirasına sahib olmaq istəyirdilər, lakin onun mirasının ölçüsü dəqiq olaraq məlum deyildir. Bundan əlavə, onların qızı olan Lidiya paroxial məktəbdən evə qayıdır - bu çox yaraşıqlı gənc qız, Serafinoya biganə olmasa da, onunla müəyyən məsafə saxlayır. Serafino ruhdan düşmür, çünki Azmara adlı qadın kənddə yaşayır - dörd uşağı olan tənha yaşayan qadın, onu həmişə görəndə sevinir.
Serafino ordudan qayıtdıqdan az sonra Cesuina xala vəfat edir. Onun keçmiş evi dərhal Agennore dayının böyük ailəsi, o cümlədən də qızları Lidiya ilə dolur və onlar evdə vəsiyyətnamə tapmağa çalışırlar. Bununla belə, Cesuina xalanın evində yalnız köhnə zir-zibillər, kağız-kuğuzlar tapırlar, evin həyətində isə üç toyuq gəzir...
Sonra məlum olur ki, yaşlı qadın qardaşı oğluna böyük bir miras qoyub. Onu alan Serafino pulu sağa-sola dağıtmağa və dostları ilə kef məclisləri təşkil etməyə başlayır. Paxıl qohumlar həqiqətən oğlanı qadının mirasından məhrum etmək və özləri mirasa sahib olmaq istəyirlər, amma bunu etmək o qədər də asan deyildir. Sonda onlar məhkəmədə Serafinonun ruhi xəstəliyə görə ordudan tərxis olunmasını əsas gətirərək Aqennore dayının qəyyumluğu olmadan pulundan istifadə edə bilməməsi haqqında məhkəmədən öz lehlərin qərar ala bilirlər. İndi Serafinonun dayısının və ya gələcək həyat yoldaşının icazəsi olmadan onun öz pulundan istifadə etmək hüququ yoxdur.
Birdən bir hadisə baş verir. Lidiya xəsis, zəif təhsilli qohumları arasında yaşamaqdan yorulur və o bu ailədən xilas olmağın yeganə yolunu evlilikdə görür. O, Serafinonu tələyə salır və Seragino gənc gözəlin incə qucağı əvəzinə, onun üçün əvvəlcədən təşkil edilmiş olan qohumlarının əhatəsində "qaranlıq" bir yerə düşür. İndi onun başqa bir çarəsi qalmır və Lidiyanı almalı olur. Amma toy mərasimi sonda başqa bir alver predmetinə çevrilir. Lidiyanın iddialarından yaxasını xilas edən Serafino Azmara ilə evlənir və bununla da həm azadlığına və həm də xalasının mirasını yenidən idarə etmək qabiliyyətinə qayıdır.