Serbiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. İlk dəfə 2007-ci ildə müsabiqəyə müstəqil respublika kimi qoşulan Serbiya elə həmin müsabiqədə Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahnısı ilə qələbə qazanmışdır. Ölkənin Avroviziyadakı ikinci ən yaxşı nəticəsi 2012-ci ildə Jelko Yoksimoviçin ifa etdiyi "Nije ljubav stvar" mahnısı ilə qazandıqları üçüncü yer olmuşdur.
Serbiya maliyyə problemləri səbəbi ilə 2014-cü ildə Avroviziyada iştirak etməmiş və növbəti ildə müsabiqəyə geri dönmüşdür. Həmin ilədək müsabiqədə yalnız serb dilində səslənən mahnılarla təmsil olunan ölkə 2015-ci ildən 2017-ci ilə kimi Avroviziyada ingilis dilində mahnılarla çıxış etmişdir.
Qalib İkinci yer Üçüncü yer Sonuncu yer
2007 | Serbcə | Mariya Şerifoviç | "Molitva" (Молитва) | 1 | 268 | 1 | 298 |
2008 | Serbcə | Yelena Tomaşeviç və Bora Duqiç | "Oro" (Оро) | 6 | 160 | ||
2009 | Serbcə | Marko Kon və Milaan | "Cipela" (Ципела) | 10a | 60 | ||
2010 | Serbcə | Milan Stankoviç | "Ovo je Balkan" (Ово је Балкан) | 13 | 72 | 5 | 79 |
2011 | Serbcə | Nina | "Čaroban" (Чаробан) | 14 | 85 | 8 | 67 |
2012 | Serbcə | Jelko Yoksimoviç | "Nije ljubav stvar" (Није љубав ствар) | 3 | 214 | 2 | 159 |
2013 | Serbcə | Moje 3 | "Ljubav je svuda" (Љубав је свуда) | 11 | 46 | ||
2015 | İngiliscə | Boyana Stamenov | "Beauty Never Lies" | 10 | 53 | 9 | 63 |
2016 | İngiliscə | Sanya Vuçiç ZAA | "Goodbye (Shelter)" | 18 | 115 | 10 | 105 |
2017 | İngiliscə | Tiyana Boqiçeviç | "In Too Deep" | 11 | 98 | ||
2018 | Serbcə | Sanya İliç və Balkanika | "Nova deca" (Нова деца) | 19 | 113 | 9 | 117 |
2019 | Serbcə, İngiliscə | Nevena Bojoviç | "Kruna" (Круна) | 18 | 89 | 7 | 156 |
Serbiyanın ən çox xal verdiyi ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | ![]() |
68 |
2 | ![]() |
61 |
3 | ![]() |
59 |
4 | ![]() |
51 |
5 | ![]() |
41 |
Serbiyanın ən çox xal aldığı ölkələr | ||
---|---|---|
Sıra | Ölkə | Xal |
1 | ![]() |
94 |
2 | ![]() |
90 |
3 | ![]() |
89 |
4 | ![]() |
79 |
5 | ![]() |
76 |
![]() |
76 |
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
İl | Şəhər | Ev sahibi | Aparıcılar |
---|---|---|---|
2008 | Belqrad | Belqrad Arena | Yovana Yankoviç və Jelko Yoksimoviç |