Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu ВГИК, VGIK | |
---|---|
Всероссийский государственный институт кинематографии имени С. А. Герасимова | |
55°50′06″ şm. e. 37°38′14″ ş. u.HGYO | |
Əsası qoyulub | 1 sentyabr 1919 |
Ölkə | |
Sayt | vgik.info |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. Aleksey Batalov Azərbaycanın Əməkdar artistləri Cavanşir Hadıyevin, Gülzar Qurbanovanın və rejissor Elxan Cəfərovun müəllimi olub.[1] [2]1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir.
ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
İllər boyunca bir çox qabaqcıl film adamları ÜDKİ üzvü olaraq dərs deyirdilər.