Sergey Obraztsov | |
---|---|
rus. Сергей Владимирович Образцов | |
Doğum tarixi | 22 iyun (5 iyul) 1901[1] |
Vəfat tarixi | 8 may 1992[2][3][…] (90 yaşında) |
Təhsili | |
IMDb | ID1191982 |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Vladimiroviç Obraztsov (rus. Серге́й Влади́мирович Образцо́в; 22 iyun (5 iyul) 1901[1] – 8 may 1992[2][3][…], Moskva[1]) — Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatı (1946).
Sergey Vladimiroviç Obraztsov 5 iyul 1901-ci il tarixində Rusiya imperiyasının Moskva quberniyası ərazisində yerləşən Moskva şəhərində anadan olmuşdur. O, Vladimir Obraztsovun oğludur. Obraztsov 1922–1930-cu illərdə Moskva Bədaye Teatrı musiqi studiyasının, 1930–1936-cı illərdə İkinci Moskva Bədaye Teatrının aktyoru olmuşdur. O, 1920-ci ildə ilk dəfə kuklalarla çıxış etmiş, 1930-cu illərin ortalarında estrada artisti kimi məşhur olmuşdur. Obraztsov 1931-ci ildən Dövlət Mərkəzi Kukla Teatrına rəhbərlik etmişdir. Onun uşaqlar üçün tamaşaları: "Kaştanka" (1935, Y. Speranski), "Ələddinin çırağı", "Balaca pələng Petrik" (1940, 1965, N. Gernet), "Mister Tvister" (1961, S. Marşak); böyüklər üçün tamaşaları: "Qeyri-adi konsert" (1946), "Şeytan dəyirmanı" və "İlahi komediya" (1953, 1961, İ. Ştok), "Danışır və göstərir Mərkəzi Kukla Teatrı" (1973), "Çar Saltan nağılı" (1974, A. Puşkinin əsəri üzrə), "Əjdaha" (1980, Y. Şvarts), "Don Juan 81" və s. Obraztsov 1956-cı ildən rejissor və ssenarist kimi kinoda da fəaliyyət göstərmişdir. O, 1957-ci ildən Beynəlxalq Kuklaçılar İttifaqının vitze-prezidenti, 1958-ci ildən isə bu ittifaqın SSRİ bölməsinin prezidenti olmuşdur. Obraztsov 1935-ci ildən (fasilələrlə) pedaqoji fəaliyyət göstərmişdir. O, 1973-cü ildən professordur. Obraztsov 8 may 1992-ci il tarixində, 90 yaşında Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[5]
Sergey Obraztsov 1946-cı ildə SSRİ Dövlət mükafatı ilə təltif edilmiş, 1954-cü ildə SSRİ xalq artisti, 1971-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir.[5]