Sergey Şnurov | |
---|---|
rus. Сергей Владимирович Шнуров | |
Ümumi məlumatlar | |
Doğum adı | Сергей Владимирович Шнуров |
Ləqəbi | Шнур |
Doğum tarixi | 13 aprel 1973 (51 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni, bəstəkar, kino aktyoru, şair, film bəstəkarı, rəssam, aparıcı, gitaraçı, müğənni-mahnı yazarı, şoumen[d], televiziya aparıcısı, rok musiqiçisi, bas-gitaraçı[d], skripkaçı, ictimai xadim |
Fəaliyyət illəri | 1990-cı ildən |
Janrlar | ska[d], hard-rok, qaraj roku[d], rus şansonu |
Musiqi alətləri | gitara, bas-gitara, kontrabas, skripka, klavişli alət[d], zərb alətləri |
Səs tembri | bariton |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Srgey Şnurov (rus.: Серге́й Влади́мирович Шну́ров. 13 aprel 1973, Leninqrad) — Rusiyalı rok musiqiçisi, şair, kino aktyoru, televiziya aparıcısı, rəssam və ictimai xadim. "Bumer" filminin soundtrekinin müəllifi. "Leninqrad" və "Rubl" qruplarının lideri. RTVi telekanalının baş prodüseri (29 iyun 2020-ci ildən).[1]
Həmçinin "İnkişaf Partiyası"nın həmsədridir.[2]
Sergey 13 aprel 1973-cü ildə Leninqradda anadan olmuşdur. İlk təhsilini 564 nömrəli ümumtəhsil məktəbində almış[3], sonra Leninqrad mühəndis-tikinti İnstitutuna daxil olmuş və oranı bitirmədən bərpa Liseyinə keçmişdir. Litseyə oxuduğu ixtisas, ağacdan hazırlanmış əsərlərin bərpaçısı ixtsası olub. Liseydə təhsil aldıqdan sonra İlahiyyat İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, orada üç il təhsil almışdır.[4]
Musiqiçi olana qədər yükdaşıyan fəhlə, uşaq bağçasında gözətçi, şüşəçi, dəmirçi, dülgər, reklam agentliyində dizayner, videokliplərin çəkilişlərində köməkçi, "Modern" radiostansiyasında promouşn-direktor vəzifələrində işləyib.[5]
1991-ci ildə peşəkar olaraq musiqiçi fəaliyyətinə başlayır.[6]
9 yanvar 1997-ci ildə "Leninqrad" qrupunu, 26 sentyabr 2008-ci ildə isə musiqiçi "Rubl" qrupunu yaradıb.[7]
Hard-Rok, Qaraj-Rok, ska, pank rok və rus şanson janrlarında mahnılar ifa edir. Mahnılarında vulqar leksikadan istifadə edir. Nürnberqdəki konsertdə səhnəyə çılpaq çıxıb. Sergey Şnurov 2010-cu ilin avqustunda "Kubana" festivalında "Rubl" qrupu ilə çıxışının sonunda, Moskvanın "İzvestiya Hall" klubunda "Leninqrad" qrupunun 5 və 6 iyun 2014-cü il konsertlərində də səhnəyə çılpaq çıxır.[8]
Serey Şnurov həm də teleaparıcı kimi tanınır və "Şnur dünya ətrafında" (NTV, 2006), "Leninqrad Cəbhəsi" (Beşinci kanal, 2005)[9], "Səngər həyatı" (NTV)[10], "Rusiya şou-biznesinin tarixi" (STS, 2010) və "Kult tur" (TV matç, 2015–2016) televiziya verilişlərinin aparıcısı olub.[11]
Həmçinin kinofilmlərə musiqi bəstələyir. Ona əsas məşhurluğu "Bumer" və "Bumer: İkinci film" kinofilmlərinə bəslədiyi musiqilər gətirib.