Serj Tankyan | |
---|---|
ing. Serj Tankian q.erm. Սերժ Թանգեան | |
Ümumi məlumatlar | |
Doğum adı | Սերժ Թանգեան |
Doğum tarixi | 21 avqust 1967[1] (57 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, şair, esseist, mahnı yazarı[d], pianoçu, sülh aktivisti, klaviaturaçı[d], gitaraçı, bas gitaraçı[d], söz yazıçısı[d], musiqi prodüseri, skripkaçı, ətraf mühit fəalı |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janrlar | alternativ rok, nyu-metal, pop musiqisi, opera, texno[d] |
Musiqi alətləri | klavişli alət[d], piano, gitara, sempler[d], bas-gitara, termenvoks |
Albom şirkətləri | Reprise Records[d], American Recordings[d], Columbia Records |
Üzvlüyü | |
Mükafatları | |
serjtankian.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Serj Tankyan (erm. Սերժ Թանգյան; 21 avqust 1967[1], Livan) — erməni əsilli ABŞ musiqiçisi. 1994-cü ildə formalaşmış System of a Down qrupunun vokalisti və söz yazarıdır.
Serj Tankyan 21 avqust 1967-ci ildə Livanın Beyrut şəhərində anadan olub. Onun nənə-babası keçən əsrin əvvəllərində baş verən erməni soyqırımı zamanı qaçqın kimi Livana köçmüşdülər. Serj bu ölkədə uzun müddət qalmayaraq 7 yaşında valideynləri ilə birlikdə ABŞ-yə, Los-Ancelesə yola düşüb. Ata-baba yurdu olan Ermənistanın musiqisini dinləyərək böyüyüb. Təhsilini Los-Ancelesdəki erməni məktəbində alıb (Rose and Alex Pilibos Armenian School). Gələcəkdə yaranacaq "System of a Down" qrupunun üzvləri ilə elə məhz həmin məktəbdə tanış olub. "California State University, Northridge"-ə daxil olub və oranı 1989-cu ildə marketinq üzrə bakalavr dərəcəsi ilə bitirib. O illərdə musiqiyə güclü meyl salıb və sintezator çalmağı, eləcə də mahnı yazmağı öyrənib.
Məzun olduqdan sonra, o bir müddət dauntaun Los-Ancelesdə dayısının (və ya əmisinin) zərgərlik mağazasında çalışıb. O çağlarda onların bu ailə biznesləri çoxsaylı şikayətlər, məhkəmə çəkişmələri və başqa problemlərlə müşayiət olunurdu. Bu üzdən valideynləri Serji dilə tutmuşdular ki, gedib Hüquq Fakültəsinə Qəbul İmtahanını (LSAT) vermək üçün qeydiyyata yazılsın. Hüquqşünaslıq, Serjin könlüncə olmasa da, o, ailəsi üçün bunu etmək məcburiyyətində qalmışdı. Bir neçə gün davam etdikdən sonra hövsələdən çıxaraq oradan uzaqlaşıb.