Set Qodin

Set Qodin
ing. Seth Godin
Doğum tarixi 10 iyul 1960(1960-07-10) (64 yaş)
Təhsili
Fəaliyyəti yazıçı, sahibkar, bloger[d], iqtisadçı, informatik, aktyor
sethgodin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Set Qodin (ing. Seth Godin; 10 iyul 1960) — Amerikalı yazıçı və sabiq dot-com biznes icraçısıdır.  

Dünyanın hər bir yerində yayılan ən çox satılanlar siyahısında yer alan kitablara sahib olan yazıçı Qodin, adətən marketinq, iş dünyası, şəxsi-inkişafa dair kitabların müəllifidir. 33’lər qrupu adlı kitabı, bir çox menecerin və iş adamlarının ortaq düşüncələrindən meydana gəlmiş olan, yazıçının günümüzədək ən çox satmış olan kitabıdır.

Qodinin keçmişinə baxıldığı zaman, yazıçının ən sevdiyi əyləncəsinin babasının ona aldığı radio olduğu görünməkdədir. Qodin, simsiz rabitə ilə əlaqə qura bilmənin “imkansız” olduğunu fikirləşirdi. Qodin 1982-ci ildə Tufts universitetinin kompüterfəlsəfə sahəsindən məzun oldu. Bu tarixdən sonra davamlı olaraq vacib təşəbbüslərə addım atan Qodin bir müddət sonra kitablarını yazmağa başladı.

Biznes fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə Spinnaker-dən ayrıldıqdan sonra o, Nyu-Yorkda Seth Qodin Productions-ı 20.000 dollar dəyərində yatırım ilə əvvəlcə kitab paketləmə biznesinə başladı. Sonra Mark Hurst ilə birlikdə Yoyodyne'yi qurdu. Bir neçə ildən sonra Godin kitab qablaşdırma işini işçilərinə satdı və səylərini permission marketing(icazə marketinq) konsepsiyasını təbliğ etdiyi Yoyodyne-yə yönəltdi.

1995-ci ildə fəaliyyətə başlayan Yoyodyne, istifadəçilər ilə əlaqəni qurmaq üçün  yarışmalardan, onlayn oyunlardan istifadə etdi. 1996-cı ilin avqustunda Flatiron Partners 20% səhm müqabilində Yoyodyne-yə 4 milyon dollar sərmayə qoydu. Yoyodyne-də Godin dərc etdi : Permissions Marketing yadları dostlara və dostları müştərilərə çevirir . 1998-ci ildə Yoyodyeni təxminən 30 milyon dollara Yahoo! -a satdı. Yahoo-nun birbaşa marketinq üzrə vitse-prezidenti oldu.

Godin 2006-cı ilin martında Squidoo -nu başlatdı.

2008-ci ilin iyul ayında Squidoo dünyanın ən çox ziyarət edilən 500 saytından biri oldu.[1] 2014-cü ilə qədər maliyyə cəhətdən əlverişli hesab edilmədi və HubPages- ə satıldı.

Qodin, 18-dən çox kitabın müəllifidir. Free Prize inside 2004-cü ildə Forbesdə İlin biznes kitabı seçildi, Purple Cow ilk iki ilində 23-dən çox çapda 150.000 nüsxədən çox satıldı.  Kitabın süjetlərinin hər biri video oyuna əsaslanır. Godinin digər uğuru isə “Unleashing the Ideavirus” adlı pulsuz e-kitabının internet üzərindən ən çox yüklənən e-kitab seçilməsidir.

Seth Qodinin bloqu 2009-cu ildə Time tərəfindən 25 blog arasından ilin ən yaxşı bloqu seçildi

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qodin və həyat yoldaşı Helene iki oğlu ilə Nyu-Yorkdakı Hastings-on-Hudsonda yaşayırlar.[2]

  1. Traffic Details: Squidoo.com Arxivləşdirilib 2020-03-10 at the Wayback Machine on Alexa.com. Retrieved July 18, 2008
  2. "Seth Godin on Stepping Up and Making it Happen". 2017-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • sethgodin.com — Rəsmi saytı
  • Seth Godin at TED
  • Set QodinIMDb səhifəsi
  • "Seth Godin – Full Stop Failure". Subvert magazine. Interview. Archived from the original on December 7, 2011.
  • Marshall, Colin (Apr 1, 2010). "Thinker, writer, and "Agent of Change" Seth Godin" (podcast). Interview. Notebook on Cities and Culture (Formerly The Marketplace of Ideas).