Seul Lotte World Qülləsi

Seul Lotte World Qülləsi
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 37°30′45″ şm. e. 127°06′09″ ş. u.HGYO
Texniki detallar
Material kompozit material[1]
Mərtəbə sayı 123[2]
Veb-sayt
lwt.co.kr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seul Lotte World Qülləsi (kor. 롯데월드타워) — Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən hündürlüyü 555 metr (1,824 ft) olan 123 mərtəbəli göydələndir. 2017-ci il aprelin 11-də ictimaiyyətə açılmışdır. Hazırda Cənubi Koreyanın ən hündür və dünyanın beşinci ən hündür binasıdır.

13 illik planlaşdırma və ərazinin hazırlanmasından sonra qüllə hökumət tərəfindən 2010-cu ilin noyabrında tikintiyə başlaması üçün son təsdiqini aldı və mart ayında tikinti sahəsində ilk təməlqoyma işləri aparıldı.

Dörd bina — Lotte World Tower, Avenuel (8-ci mərtəbə), əyləncə binası (12-ci mərtəbə) və ticarət mərkəzi binasından (11-ci mərtəbə) ibarətdir. Binaya lobbi, Lotte world akvarium, Lotteriya və restoranlar, Lotte World Mall daxildir.

1989-cu ildə binanın ilk dizaynı və tikilmə planları hazırlandı. Dizayn 1994, 1995 və 1997-ci illərdə yenidən dəyişdi. 2008-ci ildə dizaynı yenidən dəyişdirildikdən sonra 2009-cu ildə dizayn müəyyənləşdirildi və binanın inşaatına başlanıldı.

İngiltərədəki The Shard (əvvəlki London Bridge Tower) ilə dizaynı oxşardır. Daxili və lift atmosferi də oxşardır. Həmçinin damdan çıxan boşluqda bənzərdir.

Lotte World Tower Yerdən 123 mərtəbə, yeraltı 6 mərtəbədən ibarətdir. Hazırda bina Cənubi Koreya-nın ən hündür binasıdır. Asiyanın 3-cü ən hündür, dünyanın 5-ci ən hündür binasıdır. Koreyadakı ən hündür qüllə İnçonda Şimal-Şərqi Asiya Ticarət Qülləsi (313 metr) idi amma indi Lotte World Tower (555.65 metr) ən hündür qaladır.

Əsas hissələri

[redaktə | vikimətni redaktə et]

Seoul Sky (kor. 서울스카이). Lotte World Tower-in 117–123 mərtəbələrində yerləşir. Ümumi 7 mərtəbədən ibarətdir. 117-ci mərtəbə Seoul Sky-a giriş mərtəbəsi, mənzərə müşahidəsi, 118-ci mərtəbə, göyərtə, 119-cu mərtəbə Sky Friends Cafe, 120-ci çıxış mərtəbəsi, 121-ci mərtəbədə çıxış mərtəbəsi, 122-ci mərtəbə Seoul Sky Cafesi, 123-cü mərtəbədə mükafat salonu olan 123 Lounge var. Binanın Seoul Sky hissəsində xüsusi şüşə ilə hazırlanmış döşəmə vardır. Burdan yeri və teleskop vasitəsi ilə Seulun mənzərəsini görə bilərsiniz. Liftin 117–118-ci mərtəbəyə qalxması cəmi 1 dəqiqə çəkir. Rəsədxananın iş saatı səhər 9:30-dan axşam 11:00-a qədərdir. 36 aylıq və daha yuxarı və 12 yaşdan kiçik olanlar üçün 24.000 von, 13 yaşdan yuxarı olanlar üçün 27.000 vondur. Ayrıca liftə girmədən əvvəl təhlükəsizlik yoxlamasından keçməlisiniz.

Yerin üstündə 123-cü mərtəbədə yerləşən Seoul Sky-dən görünən binalara Lotte World, Sehrli ada, Samsung SDS Tower, Hyanggun Tower və Ticarət Qülləsi və Lotte Castle Qızıl, Jamsil The Sharp Star Park, Jamsil Prugio Dünya Markası və Sharp Ulduz Çayı kimi mənzilləri aiddir. Həmçinin Han çayını, Seokchon gölünü, körpülər Cəmsil körpüsünü, Cəmsil Dəmiryol körpüsünü, Olimpiya körpüsünü, Cheonho körpüsünü və Gwangjin körpüsünü görə bilərsiniz. Teheran-ro, COEX, Cəmsil əsas stadionu, Namhansanseong qalası, Seongnam-si, Gangbuk-gu və Buxansan görünür.

Siqniel Seul (kor. 시그니엘 서율). Lotte World Tower-in içərisində yerləşən oteldir. Otel 76-cı mərtəbədən 82-yə və 85-ci mərtəbədən 101-ci mərtəbəyə qədər uzanan 6 ulduzlu oteldir.

76-cı mərtəbədən 82-ci mərtəbəyə qədər Siqniel banket salonları (76–78-ci mərtəbələr), foye (79–80-ci mərtəbələr), restoranlar (81–82-ci mərtəbələr), 85-ci mərtəbədən 86-cı mərtəbəyə qədər otelin üzgüçülük hovuzu mərtəbəsidir və 87-ci mərtəbədən 101-ci mərtəbəyə qədər Siqniel otaqları, qonaq otaqları, yemək, iclaa və toy üçün zallarla obyekt təchiz olunmuşdur.

Bu otel hazırda Cənubi Koreyanın ən uzun otelidir və eyni zamanda Seulun ən yüksək oteli olduğu bildirilir. Lotte World Tower-dəki Siqniel Seul lüks oteldir və buradan gecə mənzərəsini görə bilərsiniz. 2017-ci ildə açılıb və hazırda otel məqsədləri üçün istifadə olunur.

Festival fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Albalı Çiçəyi Festivalı

Lotte Tower inşa edildiyi vaxtda da 2015-ci il aprel ayının 10-dan 12-ə qədər albalı çiçəyi festivalı edən insanlar çox idi və bina tamamlandıqdan sonrada festivalı etmək mümkün olmuşdur. 2017-ci il aprel ayının 1-dən 9-a qədər albalı çiçəyi festivalı keçirilmişdir.

Atəşfəşanlıq Festivalı

2016-cı ildə Seulda atəşfəşanlıq festivalı keçirilirdi. Lotte Tower inşaatı tamamlandıqdan sonrada 2017-ci il aprel 2 atəşfəşanlıq festivalı keçirildi. Yer Lotte World Tower və Seokchon gölü ətrafında yerləşir və qatılmaq pulsuzdur. K-pop konsertləri axşam saat 7:30-dan axşam 9:00-a qədər, Lotte World Tower atəşfəşanlıq nümayişi axşam 9:00-dan 9:10-a qədər, istirahət və hədiyyə tədbirləri axşam 9:10-dan 9:30-a qədərdir.

Vətəndaşların qiymətləndirməsi

[redaktə | vikimətni redaktə et]

2014-cü ilin sentyabr ayının ikinci həftəsində 10 gün boyunca açıq qapı təşkil edildi. Mütəxəssislərdən bina qurluşunun təhlükəsizliyini diaqnoz etmələri və vətəndaşlar üçün ilkin turların keçirilməsi istəndi. Binanın ilk halı təhlükəli idi və uğursuz bir tikinti var idi amma müsbət qiymətləndirmə aldı. Bundan sonra bina Lotte E&C onu bərpa etdi və 2016-cı ildə təhlükəsizlik və seysmik müqavimət üçün yaxşı dizayn edildi.

Mərtəbə yerləşməsi

[redaktə | vikimətni redaktə et]
Mərtəbə İstifadə
Zirzəmi 5–6 mərtəbə Avtodayanacaq, Enerji mərkəzi,Elektrik otağı
Zirzəmi 3–4 mərtəbə Avtodayanacaq
Zirzəmi 2 mərtəbə Sky Seul liftə giriş, avtodayanacaq, sərgi zalı
Zirzəmi 1 mərtəbə Sky Seul liftə giriş, Residence Lobby, Lotte World Tower Fəlakətlərin Qarşısının Alınması Mərkəzi, Ticarət Mağazası
1-ci mərtəbə Lobi, Angelinus Kafe
2-ci mərtəbə Ofis lobbisi
3–4-cü mərtəbə Maşın (mexanizm) otağı, anbar
5-ci mərtəbə Lotte informasiya obyekti
6-cı mərtəbə Fitnes mərkəzi
7-ci mərtəbə Lotte Muzeyi
8–9-cu mərtəbə Lotte Duty
10–11-ci mərtəbə Sağlamlıq mərkəzi
12-ci mərtəbə KEB Hana Bank Lotte Dünya Tower Maliyyə Mərkəzi Şöbəsi
13-cü mərtəbə Maşın (mexanizm) otağı
14-cü mərtəbə Lotte Kimyəvi, Lotte MSC Seul Ofisi
15–16-cı mərtəbə Lotte Kimyəvi
17–18-ci mərtəbə Ofis
19-cu mərtəbə Ofis
20-ci mərtəbə Ofis
21-ci mərtəbə Maşın (mexanizm) otağı
22-ci mərtəbə Təhlükəsizlik zonası
23-cü mərtəbə Maşın (mexanizm) otağı
24–30-cu mərtəbə Yükseltilmiş Prime Office
31-ci mərtəbə Sky 31
32–38-ci mərtəbə Baş ofis, Cardex (37-ci mərtəbə)
39-cu mərtəbə Maşın (mexanizm) otağı
40-cı mərtəbə Təhlükəsizlik zonası
41-ci mərtəbə Maşın (mexanizm) otağı
42–43-cü mərtəbə SIGNIEL orta mərtəbə yaşayış, sağlamlıq klubu, qolf , qonaq otağı
44–58-ci mərtəbə SIGNIEL orta mərtəbə yaşayış
59-cu mərtəbə Maşın (mexanizm) otağı
60-cı mərtəbə Təhlükəsizlik zonası
61–67-ci mərtəbə Signiel çoxmərtəbəli yaşayış
68–71-ci mərtəbə Signiel çoxmərtəbəli yaşayış
72–75-ci mərtəbə Maşın (mexanizm) otağı
76–78-ci mərtəbə Signiel Ziyafət Zalı
79–80-ci mərtəbə SIGNIEL Sky Lobbi
81–82-ci mərtəbə SIGNIEL restoranı
83-cü mərtəbə Təhlükəsizlik zonası
84-cü mərtəbə Maşın (mexanizm) otağı
85-ci mərtəbə Koreyanın ən yüksək mərtəbəsində qapalı hovuz, fitness mərkəzi, sauna
86-cı mərtəbə Spa
87–101-ci mərtəbə Signiel Otel Otaqları
102-ci mərtəbə Təhlükəsizlik zonası
103–106-cı mərtəbə Maşın (mexanizm) otağı
107-ci mərtəbə Şəxsi ofis, lobbi, yemək yeyə, ictimailəşə və istirahət edə biləcəyiniz restoran (Signiel Club)
108–113-cü mərtəbə (PREMIER 7)
114-cü mərtəbə (PREMIER 7)
115–116-cı mərtəbə Maşın (mexanizm) otağı
117-ci mərtəbə (Seul Sky) Giriş Mərtəbə, Mənzərə müşahidə Mərtəbəsi
118-ci mərtəbə Müşahidə (Seul Sky)
119-cu mərtəbə Seul Sky, SKY DOSTLAR CAFE
120-ci mərtəbə Seul Səması Mərtəbəsi, Səma Teras
121-ci mərtəbə Seul Sky Çıxış Mərtəbəsi, Məhsul Mağazası
122-ci mərtəbə Seoul Sky Cafe, Angelinus
123-cü mərtəbə Premium Lounge Bar (Salon 123, yerdən 500 m yuxarıda)