Seyid Mir Əbdül Əhəd xan | |
---|---|
| |
1885 – 1911 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1859 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1910 (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Atası | Müzəffər xan |
Uşağı |
|
Dini | sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | tam süvari generalı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Mir Əbdül Əhəd xan (27 mart 1859, Buxara – 10 dekabr 1910, Nəvai vilayəti) – Buxara əmirliyinin əmiri (1886–1910).
Seyid Mir Əbdül Əhəd xan atası Müzəffər xan vəfat etdikdən sonra Buxaraya rəhbərlik etmişdir. Sözün əsl mənasında dövrün tələblərinə uyğun olaraq "Rusiyanın dostu" idi. Rus-yapon müharibəsində milyon rubl yardım göstərən Əbdül Əhəd xan 25 il hakimiyyətdə olmuşdur. Avropa səviyyəsində təhsil almasa da rusca oxuyub-yaza bilirdi. 1910-cu ilə qədər Buxaraya əmirlik edən Əbdül Əhəd xan böyrək xəstəliyindən vəfat etmişdir.
Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaza müaəlicəyə gələrdi. Tez-tez də yolüstü Bakıda olardı. Bu səfərlərdən birini 1898-ci ildə fotoqraf Aleksandr Mişon kinokamera ilə lentə almışdır. Hətta o Hacı Zeynalabdin Tağıyevin qonağı da olmuşdur.