Seyid Mir Əbdül Əhəd xan

Seyid Mir Əbdül Əhəd xan
1885 – 1911
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1859(1859-03-27)
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1910(1910-12-10) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Atası Müzəffər xan
Uşağı
  • Seyid Alim xan[d]
Dini sünni islam
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi tam süvari generalı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Mir Əbdül Əhəd xan (27 mart 1859, Buxara10 dekabr 1910, Nəvai vilayəti) – Buxara əmirliyinin əmiri (1886–1910).

Seyid Mir Əbdül Əhəd xan atası Müzəffər xan vəfat etdikdən sonra Buxaraya rəhbərlik etmişdir. Sözün əsl mənasında dövrün tələblərinə uyğun olaraq "Rusiyanın dostu" idi. Rus-yapon müharibəsində milyon rubl yardım göstərən Əbdül Əhəd xan 25 il hakimiyyətdə olmuşdur. Avropa səviyyəsində təhsil almasa da rusca oxuyub-yaza bilirdi. 1910-cu ilə qədər Buxaraya əmirlik edən Əbdül Əhəd xan böyrək xəstəliyindən vəfat etmişdir.

Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaza müaəlicəyə gələrdi. Tez-tez də yolüstü Bakıda olardı. Bu səfərlərdən birini 1898-ci ildə fotoqraf Aleksandr Mişon kinokamera ilə lentə almışdır. Hətta o Hacı Zeynalabdin Tağıyevin qonağı da olmuşdur.

  1. Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]