Seyid Razi Musəvi | |
---|---|
fars. سید رضی موسوی | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 2023 |
Vəfat yeri |
|
Vəfat səbəbi | hava zərbəsi |
Dəfn tarixi | 28 dekabr 2023[2] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu |
Rütbəsi | briqada generalı |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Razi Musəvi (fars. سید رضی موسوی) (1962[1], Mehdişəhr şəhristanı, Simnan ostanı – 25 dekabr 2023, Seyyidə Zeynəb[d], Dəməşq mühafazası) — İran hərbi xadimi, İİKK-nin Qüds qüvvələrində xidmət edən general. O, 2023-cü ildə HƏMAS–İsrail müharibəsi zamanı Suriyanın Rif-Dəməşq mühafəzəsinin Seyyidə-Zeynəb ərazisində İsrailin hava hücumu nəticəsində öldürülmüşdür. Ölümü zamanı Musəvi İranın Suriyada ən nüfuzlu hərbi komandiri kimi təsvir edilmişdir.[3]
Seyid Razi Musəvi 1963-cü ildə Zəncanda anadan olmuşdur.[4] O, 1980-ci illərdən bəri İranın Qüds qüvvələrinin tərkibində Suriyada xidmət etmiş, Livanın "Hizbullah" qruplaşmasına silah və vəsait transferini asanlaşdırmışdır. Musəvi 1990-cı ildə Suriyada 2250-ci bölmə kimi tanınan İranın logistika bölməsinin rəhbəri vəzifəsini icra etmişdir. Suriyada vətəndaş müharibəsi boyunca Musəvi İsrail tərəfindən təşkil edilən çoxsaylı sui-qəsd cəhdləri ilə üzləşmişdir.[5][6][7]
Seyid Razi Musəvi HƏMAS–İsrail müharibəsi zamanı, 25 dekabr 2023-cü ildə Dəməşqin 10 kilometr (6 mil) cənubunda, Seyyidə-Zeynəbdə yerləşən iqamətgahına İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.[8]
İran Prezidenti İbrahim Rəisi Musəvinin öldürülməsini "sionist rejimin bölgədəki məyusluğunun və zəifliyinin əlaməti" adlandırmış, bunun əvəzini "mütləq ödəyəcəkləri"ni bildirmişdir.[9] Suriyanın xarici işlər naziri Faysal Mekdad da hücumu qınamışdır.[10]