Seymur Baycan | |
---|---|
Doğum tarixi | 22 aprel 1976 (48 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur.
Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin]
Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”.
Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Bir çox regional layihələrdə iştirak etmiş və kulturoloji mövzularda mühazirələr söyləmişdir.
Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. Elmar Hüseynov fondunun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüşdür.