Sezar və Kleopatra | |
---|---|
Caesar and Cleopatra | |
Yazıçı | Corc Bernard Şou |
Nümayiş tarixi | 15 mart 1899 |
Nümayiş yeri | Kral teatrı |
Orijinal dili | ingilis dili |
Mövzu | Sezar və Kleopatra |
Janr | Tarixi pyes |
Vikianbarda əlaqəli mediafayllar |
Sezar və Kleopatra 1898-ci ildə Corc Bernard Şou tərəfindən yazılmış və Yuli Sezar ilə Kleopatra arasında olan münasibətləri fiksiyalı bir formada özündə əks etdirən teatr tamaşasıdır.[1][2]
O, birinci dəfə Şounun 1901-ci il "Püritanlar üçün üç pyes" məcmusunda "Kapitan Brassboundun geriyə qayıtması" və "Şeytanın şagirdləri" ilə birlikdə nəşr edilmişdir. Müəllif hüquqlarını təmin etmək üçün 15 mart 1899-cu ildə Nyukasl apon Taynda onun mərhələli tamaşası nümayiş etdirilmişdir. Tamaşanın premyerası 1906-cı ildə Nyu-Yorkda, 1907-ci ildə isə Londonun Savoy teatrında baş tutmuşdur.