Sferik üçbucaq — üç böyük çevrənin kəsişməsiylə sferanın səthində yaranmış həndəsi fiqur.
Sfrenanın səthində bir nöqtədə kəsişməyən üç böyük çevrə səkkiz sferik üçbucaq yaradır.
Sferik üçbucağın tərəfi ona söykənən mərkəzi bucağın qiyməti ilə hesablanır. Sferik üçbucağın bucağı səthlərin arasında qalan bucağın qiymətinin ikimislinə bərabərdir. Sferik üçbucaqların elementləri arasında münasibətləri riyaziyyatın sferik triqonometriya bölməsi öyrənir.
Üçbucaq bərabərliyinin üç əlamətindən başqa, sferik üçbucaqlar üçün daha bir əlamət doğrudur: iki sferik üçbucaq bərabərdirsə, onların uyğun bucaqları da bərabərdir.
Sferik üçbucağın tərəflərini tapmaq üçün üçbucağın bərabərsizliyinin 3 əlamətindən istifadə edilir:
hər bir tərəf qalan tərəflərin cəmindən böyük, fərqindən kiçik qiymət almalıdır.