Siesta | ||
---|---|---|
fr. La méridienne və ya La sieste | ||
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1889-1890 | |
Üslubu | məişət janrı | |
Texnikası | kətan, yağlı boya | |
Ölçüləri | 73sm × 91sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Orse muzeyi, Paris | |
Saytı | vggallery.com/painting/p… | |
İnventar nömrəsi | RF 1952 17[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Siesta (fr. La méridienne dit və ya La sieste) — məşhur holland rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Parisdə, Orse muzeyində saxlanılan rəsm əsəri 1889-cu ilin dekabrı ilə 1890-cı ilin yanvarı arasında, yəni rəssam Sen-Remidə ruhi xəstəxanada qalarkən çəkilib.[2]
Mövzu olaraq siestanı seçən Vinsent fransız rəssamı Jan-Fransua Millenin eyniadlı rəsm əsərinə istinad edir. Rəsmin sakit təbiət təsviri olmasına baxmayaraq, burada Vinsentin üslubuna məxsus bədii gərginlik də nəzərə çarpır.[3]
Siesta Vinsentin ən məşhur rəsm əsərlərindən biri hesab edilir.[4][5]