Silk Way West Airlines | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 2012 | |||
Mərkəz hava limanı | Heydər Əliyev adına Beynəlxalq Hava Limanı | |||
Donanma ölçüsü | 12 | |||
Ana şirkət | Silk Way Group | |||
Təyinat məntəqələri | 40 | |||
Qərargahı | ||||
Rəhbər | Wolfgang Meyer | |||
İşçi sayı | 1 000 | |||
Saytı |
silkwaywest.com/en/ silkwaywest.com |
|||
Vikianbarda əlaqəli mediafayllar |
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti.
Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir.
2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir.
Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.
2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir. Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamaqla zaman və hərarət baxımından həssas yüklərin etibarlı şəkildə daşınması imkanlarını genişləndirib.