Simbiotik ulduzlar

Simbiotik ulduzlar — Normal ulduzlar parlaq kontinuum və udulma xətlərinə malik çox sadə spektrə malikdirlər.[1] Lakin elə ulduzlar var ki, onların spektrləri çox mürəkkəbdir. Elə ulduzlar vardır ki, onların spektri iki müxtəlif tip ulduzun xüsusiyyətlərini özündə cəmləşdirir.  

Ola bilsin ki, bu cür ulduzlar, kifayət qədər bir-birinə yaxın olan iki tamamilə müxtəlif tip ulduzdan təşkil olunmuş, qarşılıqlı təsirdə olan qoşa sistemlərdir

Simbiotik ulduz, bir növ ikili ulduz növüdür. Ümumiyyətlə biri ağ cırtdan olub, digəri isə qırmızı nəhəngdir. Bunlar qırmızı nəhəng (~ 3000 K) və ağ cırtdan (~ 20 000 K) arasındakı yüksək istilikli spektral xətlərin genişlənməsi ilə göstərilir. Ağ cırtdan, qırmızı nəhəng və ya cazibə axışından gələn ulduz küləklərindən kütlə qazanar.

Simbiotik ulduzlar, ulduzların təkamülü haqqında məlumat əldə etmək üçün astronomiya alimlərinin marağını çəkir. Sistem içində olan unikal ulduzların daxili quruluşu dinamiki səbəbiylə ulduz küləyi, ionlaşdırıcı buludlar inkişafında mühüm rol oynayır.

'Simbiotik ulduz' termini ilk olaraq 1958-ci ildə 'kompozit spektri ulduzları' ilə əlaqədar bir verilişdə istifadə edilmişdir. Bununla birlikdə, Simbiyotik ulduzların ayrı kateqoriyası daha əvvəl bilinirdi. 20-ci əsrin əvvəllərində Annie Cannon tərəfindən unikal spektroskopik xüsusiyyətlərə sahib bir ulduz sinifi olaraq qəbul edildi.

Simbiotik ulduzların əsas müşahidə xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Normal ulduzlar parlaq kontinuum və udulma xətlərinə malik çox spektrə malikdirlər. Lakin elə ulduzlar var ki, onların spektrləri mürəkkəbdirlər. Hələ keçən əsrin əvvəlində Fleming[2] bəzi ulduzların siyahısını tərtib etdi və onları kateqoriyalara böldü: 1. Yenilər, 2. O tip ulduzlar, 3. Spektrlərində parlaq hidrogen xətləri olan ulduzlar, 4. Uzun periodlu dəyişənlər.

Uzun periodlu dəyişənlərin yeddi illik sistematik spektral tədqiqatlardan sonra Merrill[3] onların spektrində planetar dumanlığa xarakterik olan [O III] -oksigenin iki qat ionlaşmış qadağan olmuş xətlərini aşkar etdi. Bu obyektlərin spektrlərində 1926-1933-cü illər müşahidələri zamanı HI -in parlaq emissiya xətləri ilə yanaşı HeII, CIII və NIII -ün parlaq emissiya xətləri də müşahidə olundu.[4]

Plaskett[5] bu obyektlərin ən parlaq nümayəndəsi olan Z And-in spektrində birqat ionlaşmış metalların Fe II, Ti II ensiz emissiya xətləri ilə yanaşı geniş (enli) He II, N III və [O III] xətlərini də müşahidə etdi. Plaskettin müşahidələrinin təkrar tədqiqatlarından sonra Merrill [6] TiO-ə məxsus malekulyar zolaqlar aşkar etdi. Bu cür spektrə malik ulduzların təbiəti haqında tədqiqatçılar qarşısında müəyyən suallar ortaya çıxdı. Bir ulduz iki müxtəlif tip ulduzun xüsusiyyətlərini özündə cəmləşdirən spektri necə verə bilər? Ümumi qəbul olunmuş bir cavab var: оla bilsin ki, bu cür ulduzlar, kifayət qədər bir-birinə yaxın olan iki tamamilə müxtəlif tip ulduzdan təşkil olunmuş, qarşılıqlı təsirdə olan qoşa sistemlərdir. Lakin müşahidə olunan şüa sürətlərinin tədqiqi onların qoşalığı haqqında dolğun məlumat vermirdi.

Bu ulduzların qoşalığı şübhə altında olduğuna görə 1941-ci ildə Merill[7] biologiya termini olan “simbioz” sözünü bu tip ulduzlara tədbiq edərək onları simbiotik adlandırdı. Biologiyada bu termin müxtəlif tip organizmlərin vahid canlı kimi birgə yaşamasını göstərir. Astronomiyada da, bu xüsusiyyət uyğun gəlir. Belə ki, simbiotik sistem birgə mövcud olan iki tamamilə müxtəlif tip ulduzdan - soyuq qırmızı (bəzi halda sarı) və isti kompakt ulduzlardan ibarətdir. Onlar təkamül prossesində maddə mübadiləsi edirlər və bu cütlük bütövlükdə dumanlıqla əhatə olunmuşdur. Dumanlığın material mənbəyi öz maddəsini ulduz küləyi və ya pulsasiya vasitəsi ilə itirən qırmızı nəhəng ulduz, enerji mənbəyi isə isti ağ cırtdan hesab olunur.

Simbiotik ulduzların əкsəriyyətinin spektrində daha аğır, çoxqat ionlaşmış (Bir neçə elektrondan məhrum olmuş) аtomların еmissiya хətləri də müşahidə olunur. Bu cür emissiya xətləri həm də planetar dumanlıqların spektrləri üçün xarakterikdir. Bunlardan başqa əksəriyyət simbiotik ulduzların spektrlərində həm də qaranlıq zolaqlar- soyuq ulduzun geniş xarici atmosferində molekulyar udulmanı göstərən- molekulyar zolaqlar müşahidə olunur.[6] Bu zolaqlar molekulların səviyyələri arasında qadağan olmuş keçidlər arasında yarana bilər. Müşahidə olunan zolaqlar əsasən titan-oksid, vanadiy-oksid, karbon monooksid birləşmələrinin molekulyar zolaqlarıdır. Bu birləşmələr nəhəng ulduzun atmosferində kəsilməz spektrin fotonlarını ya udur, ya da səpirlər. Molekulyar zolaqlar CH Cyg ulduzlarının spektrində çox yaxşı görünür.

      Simbiotik ulduzlar üçün qoşa sistem modelini ilk dəfə Berman[8] təklif etmişdi. Bu modelə görə, simbiotik spektr dumanlıqla əhatə olunmuş qoşa sistem tərəfindən yaradılır. Sonralar bu hipotez çoxlu astronom tərəfindən dəstəklənmişdir.[9][10][11]

Simbiotik ulduzların üç komponentdən ibarət müfəssəl modellərini bir-birindən asılı olmayaraq Krım Astrofizika rəsədxanasında Boyarçuk[12][13] və Argentina radioastronomiya institunda Sahade[14][15] irəli sürmüşdü. Bu modelə görə, soyuq qırmızı nəhəng və isti kompakt ulduz bir cüt əmələ gətirirlər. İsti kompakt ulduz planetar dumanlığın mərkəzi ulduzuna oxşardır. Bu cüt isə kiçik sıxlıqlı ionlaşmış qaz dumanlığı ilə əhatə olunmuşdur.

Atmosferdən kənar peyk müşahidələri bu obyektlərin qoşalığını təsdiq etdi. Onların infraqırmızı, uzaq ultrabənövşəyi və rentgen oblastlarda qeyri adi şüalanma spektrləri aşkara çıxarıldı. Belə sistemlər demək olar ki, spektrin bütün oblastında - ultrabənövşəyi, görünən, infraqırmızı və radio diapazonlarda güclü şüalandırırlar.

  1. Микаилов Х.М, O поведении некоторых эмиссионных линий в активном состянии симбиотической звезды AG Dra// Beynəlxalq Astronomiya İlinə həsr olunmuş astronomiya, fizika və riyaziyyat üzrə beynəlxalq konfransın materialları. Naxçıvan-2009, s.125-127
  2.  Fleming W.P., Stars having peculiar spectra // The Observatory, 1912, vol. 56, no. 6, p. 165-226.
  3.      Merrill P.W., A Variable Star with a Peculiar Spectrum // Publ. Astr. Soc. Pasific, 1919, vol.31, No. 184, p.305-307.
  4.  Merrill P.W., Notes on the Spectra of Several Long-Period Variable   Stars at Various Phases of Their Light-Curves//Ap. Journal, 1936, vol. 83, p.272-278.
  5. Plaskett, H.H., The spectra of Z And//Pub.DAO, 1928, p.119-121.
  6. 1 2 Merrill P.W., Humason M.L., A Bright Line of Ionized Helium, λ4686, in Three Stellar Spectra with Titanium Bands//PASP, 1932, vol.44, No. 257, p.56-57.
  7.  Merrill P.W., Burwell C.G., Supplement to the Mount Wilson Catalogue and Bibliography of Stars of Classes B and a whose Spectra have Bright Hydrogen Lines // Astrophysical Journal, 1943, vol.98, p.153-184.
  8.  Berman L., The Spectrum and Temperature of T Coronae (Nova 1866) // Publ. Astron. Soc. Pac.,  1932, vol. 44, No. 261, p.318-323.
  9. Aller L. H., Spectrographic studies of the combination variables Z And, BF Cygni, CI Cygni // Publ. Dom Aph. Obs. Victoria, 1953, 9, p.321-362.
  10. Swings P., Struve O., The Evolution of a Peculiar Stellar Spectrum: Z Andromedae // Astrophysical Journal, 1941, vol. 93, p.356-367.
  11. Swings P., Struve O., Spectrographic Observations of  Peculiar Stars. II //Astrophysical Journal, 1941, vol. 94, p.291-319.
  12.  Воярчук А.А., Симбиотические звезды // Эруптивные звезды, изд. «Наука», Москва 1970, с.113-166.
  13. Воярчук А.А., Симбиотические звезды // Итоги Науки и Техники серия Астрономия, 1983, т.22, с.83-111.
  14.  Sahade J., Composite and Combination Spectra // Stellar atmospheres. Published by the of , ,  1960, p.466-494.
  15. Sahade J., Symbiotic Variables // International Astronomical Union Combined Colloquium of the Commissions 27 and 42, Bambert, 11-14 August, 1965, p.140