Simon Canaşia

Simon Canaşia
gürc. სიმონ ჯანაშია
Doğum tarixi 26 iyul 1900(1900-07-26)
Vəfat tarixi 5 noyabr 1947(1947-11-05) (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 19005 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi.

Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.

Canaşianın tədqiqatlarının əsas sahələri gürcülərin və digər Qafqaz xalqlarının etnogenezi, GürcüstanQafqazdakı feodalizm tarixi, qədim Gürcüstanın tarixi və arxeologiyası, Kolçis və Qafqaz İberiya tarixi, Gürcüstanda xristianlığın tarixi, Gürcüstan və Qafqaz tarixinin mənbə tədqiqatları və sairə olmuşdur. 100-dən çox elmi əsərin, o cümlədən 10-a yaxın monoqrafiyanın müəllifidir. Canaşia əsərlərinin tam toplusu 1949–1968-ci illər arasında Tiflisdə dörd cilddə nəşr edilmişdir. Simon Canaşia 1947-ci ildə Tiflisdə vəfat etmişdir.

  • Simon Canaşia, Tbilisi, 1948 (gürcü dilində)
  • Shota Meşia Tbilisi, 1960 (gürcü dilində)
  • Simon Canaşia (1900–1947) . Biblioqrafiya, Tbilisi, 1976 (gürcü, ingilis və rus dillərində)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]