Sinqapur Zooloji Parkı

Sinqapur Zooloji Parkı
Açılma tarixi27 iyun 1973-cü il
Sahəsi28 ha
Heyvanların sayı2530
Növlərin sayı315
İllik ziyarətçilər1,7 milyon.[1]
SaytRəsmi sayt

Sinqapur zooparkı (çin. 新加坡动物园; malay Taman Haiwan Singapura; tam. சிங்கப்பூர் விலங்குக் காட்சிச்சாலை), также как Manday zooparkı, adı ilə tanınan, 28 hektarlıq qoruyucu ərazi. Zoopark su anbarı sahilində yerləşib, ətraf ərazi sıx meşə ilə əhatə olunub. Zooparkın tikintisinə 9 milyon dollar pul xərclənib. Açılış 27 iyun 1973-cü ildə baş tutmuşdur.

Zoparkda 315 heyvan növü, onlardan 16 % nəsli kəsilmək üzrədir. Zooparkı il ərzində 1,6 milyon əhali ziyarət edir[2]. Zooparkı ilk fəaliyyəti zamanı ənənəvi hal gözə çarpırdı- heyvanları açıq qəfəslərdə və şüşə ara kəsmələrdə nümayiş etdirmək. 1977-ci ildə məşhur primatoloq Fransin Niqo on səkkiz oranqutan ilə qəfəsdə altı ay birgə yaşamışdı.

Zooparkı yaradılması ideyyası 1969-cu ildə irəli sürülmüş və həkim Onq Si Lo bu lahiyyəyə 88 ha torpaq sahəsi ayırmış. 1971-ci ildə zooparkın əsas 50 bölməsinin tikintisinə başlanıldı. Gələcək zooparka Lin de Olvis xüsusi məsləhətçi kimi dəvət edildi.

27 iyun 1973-cü ildə zoopark istifayəyə verildi. Açəlış zamanı 270 heyvan, 72 növ nümayiş olunmuş. Zoopark ərazisində 130 əmakdaş fəaliiyət göstərirdi. 1990-cu ildə zooparkda 1600 heyvan, 160 növ mövcud idi. Ərazidə 65 xüsusi təşkil olunmuş landşaft sahəsi var.

Hyvanlar bir birindən ayrı olan ümumi açıq qəfəslərdə saxlanılır. Bölgə ziyarətçilərin baxış bucağından aşağıda yerləşir. Təhlükəli heyvanlar süşə qəfəslərdə yerləşdirilib. Ərazi 28 hektara nəzərdə tutulsada 40 hektarlıq gecə safarisidə nəzərdə tutulub. Zoopark ziyarətçilərə müxtəlif xidmətlər təklif edir:tramvay, qayıq, poni ilə gəzinti, atla səfər. Parkda uşaq və əlil arabaları icarəsi mövcuddur.

Zooparkda heyvanların iştirakı ilə müxtəlif şoular keçirilir:

  • "Oranqutanlarla səhər yeməyi"
  • "Tropik meşə cavab zərbəsi vurur"
  • "Fillər işdə və oyunda"
  • "Safari"
  • "Heyvanların dostu"
  • 3-cü ulduz Michelin[3].
  • Sinqapur Turizm Mükafatı[4].
  • ASEAN təşkilatı mükafatı.
  • Meymunlar sərgisi mükafatı (2002).
  • Ən yaxşı ailəvi istirahət yerləri mükafatı (2006)
  1. "About Wildlife Reserves Singapore". Wildlife Reserves Singapore. 2015-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  2. "Singapore Zoo". 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  3. "Arxivlənmiş surət". 2012-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  4. "www.tourismawards.com". 2009-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.