Sinqapur metropoliteni Sinqapurda dəmir yolu sisteminin əsas komponentini təşkil edən sürətli bir tranzit sistemi olub, şəhərin bir çox hissəsini əhatə edir. Sistem 1987 ci il 7 noyabr tarixində fəaliyyətə başlamış və yalnız Toa Payoh və Yio Chu Kang arasında mövcud idi. Yaradılmasında məqsəd Sinqapurun nəqliyyat sisteminin əsasını təşkil edən geniş bir dəmir yolu şəbəkəsini inkişaf etdirmək idi. Şəbəkə 199,6 kilometr (124,0 mil) marşrutu əhatə edir və 119 stansiyadan ibarətdir.
Şəbəkə mərhələlər ilə tikilmişdir.7 noyabr 1987-ci ildə 5 stansiya və 6 kilometrdən artıq ərazi əhatə etməklə fəaliyyətə başlamışdır. "Şimal-Cənub" xətti mərkəzi rayondan keçir, çünki burada ictimai nəqliyyata tələbat yüksəkdir. İnsanların demək olar ki, birbaşa evlərinə daşıyan dəmir yolu konsepsiyası onun Light Rail Transit xətlərinin tətbiqi və birləşməsi ilə nəticələndi.
SBS Transit (Sinqapur avtobus xidməti) tərəfindən idarə olunan "Şimal Şərq" xətti, 20 iyun 2003-cü ildə dünyada ilk tam avtomatlaşdırılmış dəmir yolu xəttlərindən biri olaraq xidmətə başladı.
Sistemin 3-cü mərhələsində, 21 Oktyabr 2017-ci Downtown xəttinin son mərhələsi başa çatmış və rəsmi açılışı nəqliyyat naziri Khaw Boon Wan tərəfindən olmuşdur.
Yeraltı stansiyaların əksəriyyəti havadan bombalanmaya davam edəcək və bomba sığınacaqları kimi xidmət üçün kifayət qədər dərin və möhkəmdir. Hər stansiya ümumi bilet aparatı, sərnişin xidmət mərkəzi, səfərlər və elanlar haqqında məlumat yayımlayan plazma ekran ilə təchiz olunub. Mobil telefon, 3G və 4G xidmət şəbəkəsi sistemin hər yerində mövcuddur. Qatarlar hər gün səhər saat 5: 30-dan gecə 01:00 kimi işləyir. Yeni il, Çin Yeni ili, Divali, Ramazan bayramı, Milad bayramı, dövlət bayramları və Lee Kuan Yew (2015) dövlət cənazəsi kimi xüsusi tədbirlərdə xəttlər bütün gecə və ya gec saatlara kimi işləyir. Yeni Şəbəkə xəttləri 2003-cü ildə şimal-şərq xəttinin inşasından və dəmiryolu nəqliyyatında idarəetmə sistemlərinın tətbiqindən sonra fəaliyyətə başlamış və kadr hazırlığı tələb etmədən tamamilə sürücüsüz və avtomatlaşdırılmışdır. Müvafiq xəttlərin əməliyyatları idarəetmə mərkəzindən uzaqdan idarə olunur.
Sistemin tikintisinin erkən mərhələlərində stansiyanın dizaynına az diqqət yetirilmiş, funksionallıq əsas götürülmüşdür. Memarlıq sonrakı mərhələlərdə daha mühüm olmuş və nəticədə Eunos istisna olmaqla Kallang və Pasir Ris xəttləri arası bütün stansiyalar silindrik formada inşa edilmişdir. İncəsənətin tətbiqi nadir olub; ilk növbədə Sinqapurun yaxın keçmişini təmsil edən bir neçə rəsm və ya heykəldən ibarətdir, onlar əsas stansiyalarda quraşdırılmışdır.
Sərnişinlərin relsə düşərək qarşıdan gələn qatarlar tərəfindən öldürüldüyü bir neçə hadisədən sonra yerüstü stansiyalarda platformalarda qapıların quraşdırılması tələb olundu.1987 ci ildə yeraltı stansiyalarda qapıların tətbiqinə başlanıldı. 14 mart 2012-ci il tarixində bütün stansiyalar qapılar ilə təchiz edilmiş və istismara verilmişdir. Bu qapılar intiharların və məhdud ərazilərə icazəsiz girişlərin qarşısını alır. Stansiyalarda və qatarlarda yemək, siqaret çəkmək, içki içmək, hər hansı avadanlığın istifadəsi və ya dəmir yoluna tətbiqi , cərimə və ya həbs cəzası ilə nəticələnir.