Siqma

Siqma
Tarix
Təkamül
  • Siqma

Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır.

Σ hərfindən istifadə edilir:

  • riyaziyyatda — Cəm.
  • afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ)[1].

σ əlyazması istifadə edilir:

  • ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök);
  • ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası .
  • fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik;
  • kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
  1. Hal-hazırda "eş" afrika etalon əlifbasında yalnız sətri variantda (ʃ) istifadə olunur