Siyasi triller — hadisələrin siyasi hakimiyyət mübarizəsi fonunda baş verdiyi triller janrıdır. Bu tipdə olan triller filmlərində yüksək risklər və gərginlik hekayənin əsas mahiyyətini təşkil edir. Bu janrda çəkilmiş olan filmlər çox vaxt tamaşaçını siyasətin əhəmiyyətini düşünməyə və dərk etməyə məcbur edir. Belə hekayələrdə mənfəətlər çox böyükdür və bir ölkənin taleyi çox vaxt tək bir insanın əlində olur. Siyasi korrupsiya, mütəşəkkil cinayətkarlıq, terrorizm və müharibə bu janrın ümumi mövzularıdır.[1]
Siyasi triller filmləri Con Kennedinin qətli və ya Votergeyt qalmaqalı kimi real faktlara əsaslanaraq çəkilə bilər. Bu filmlər sui-qəsd triller filmləri ilə eyni mövzuları əhatə edirlər.