Sizif | |
---|---|
q.yun. Σίσυφος | |
Cinsi | kişi[d] |
Atası | Eol (Ellinin oğlu)[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Sizif (q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi.
Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır. Asopun qızı Aegina Zevs tərəfindən qaçırılır. Bu qaçırılmadan sarsılmış ata dərdini Sizifə açıb şikayətlənir. Oğurlanmanı bilən Sizif təklif edir ki, əgər Asop Korinfin qalasına su verməyə razılıq verərsə, onda o bu barədə danışa bilər. Göylərin ildırım vurmalarının əvəzinə o, suyun xeyir-dua verməsini üstün tuturdu. Sizif yeraltı dünyada bunun üçün cəzalandırılır. Homer həmçinin belə nəql edir ki, Sizif Ölümün özünü zəncirləyib qandallamışdı. Pluton onun səltənətinin görünüşünə, sakit imperiyasına dözə bilmirdi. Buna görə də o, fatehinin əllərindən Ölümü azad etmək üçün müharibə tanrısını göndərdi. Bu da deyilir ki, ölümünə yaxın Sizif həyat yoldaşının sevgisini sınağa çəkməyə can atır. Arvadına əmr edir ki, öləndən sonra onun dəfn olunmamış cəsədini ictimai meydanın ortasına atsın. Bundan sonra, Sizif yeraltı dünyada oyanır. İnsan sevgisinə zidd itaətkarlıqla qəzəbləndirilən Sizif arvadını cəzalandırmaq üçün Plutondan yerə qayıtmağa icazə əldə edir. Ancaq o bu dünyanın üzünü yenidən gördükdə sudan, günəşdən, isti daşlardan və dənizdən zövq alır; cəhənnəm qaranlığına bir də qayıtmaq istəmir. Geri çağırmalar, qəzəb əlamətləri, xəbərdarlıqların heç biri fayda vermir. Bir neçə il o, körfəzin, parlayan dəniz və yerin, torpağın təbbəssümü ilə üz-üzə yaşayır. Tanrıların fərmanı zərurət idi. Hermes gəlib bu sırtıq, azmış kişini zəncirləyib, zövqündən ayıraraq zorla yeraltı dünyaya apardı. Orada isə Sizifin yuvarlayacağı qaya parçası – dövri taleyi onu gözləyirdi[3]. Var oluş qayğısı özü olmaq ya da olmamaq qayğısıdır. "Kierkegaard. Sizifi gördüm qorxunc işkəncələr çəkərkən: tutmuş iki ovcuyla böyük bir qayanı və qollarıyla, ayaqlarıyla dayanmışdı qayaya, durmadan itələyirdi onu bir təpəyə doğru, budur qaya təpəyə çata-çatdadır, budur bitir, ama təpəyə çatmasına bir barmaq qalmış, bir güc itələyirdi onu təpədən geri, aşağıya qədər yuvarlanırdı yenidən baş bəlası qaya, o da yenidən itələyirdi qayanı, qan tər içində..." Homer
Sizif (yun. Σίσυφος; ing. Sisyphus) qədim yunan mifologiyasında sonsuza qədər böyük bir qayanı bir təpənin ən yüksək nöqtəsinədək yuvarlamağa məhkum edilmiş yeraltı dünya kralıdır. Sizif adı ənənəvi olaraq sophos (bilgə) sözü ilə əlaqələndirilir; ancaq bu əlaqələndirmə özündə bəzi etimoloji problemlər ehtiva edir. Aiolosun oğlu, Korint kralı Sizof tanrı-çay Asoposa, qızı Aiginanın Zevs tərəfindən qaçırılmış olduğunu söyləyərək Zevsi ələ verməsinə qarşılıq qalası içində bir çeşmə axıdılmasını təmin edir.
Bu xainlik Zevsin öfkəsinə səbəb olur. Zevs ona ölüm mələyi Tanatı göndərir. Sizif Tanatı zəncirləyir; onu azadlığına qovuşdurmaq üçün Zevs müdaxilə etmək məcburiyyətində qalır. Ölülər ölkəsinə aparılan Sizif taleyi ilə barışmaq istəmir. Özünə cənazə mərasimi təşkil edilməməsini həyat yoldaşından ölmədən əvvəl istəmişdir. Mərasimsiz gəlişi xoş qarşılamayan Hades, dinsiz həyat yoldaşını cəzalandırmağı üçün Sizifin yerüzünə qayıtma təklifini qəbul edir... Sizif daha illərlə yerüzündə yaşayacaqdır.
Nəhayət, o gerçək ölümlə cəzalandırılır. Ölülər ölkəsi tanrıları onu sonsuza qədər daş yuvarlamağa məhkum edirlər; hədəfə hər yaxınlaşmada daş yenə aşağıya düşür.
Sizif Eol ilə Enaretanın oğlu, Meropenin əri və Ephyra (Korint) şəhərinin qurucu kralıdır, lakin sonrakı qaynaqlar Sizifin Antiklea ilə bərabərliyindən Odiseusun atası olduğunu iddia etməkdədir. Sizifin Melikertes şərəfinə ilk İsthmian oyunlarını təşkil etdiyi rəvayət edilir.
Sizif dənizçilik və ticarətin inkişafına böyük yardımlar göstərmişdir, ancaq qonaqpərvərlik qanunlarını pozaraq yolçuları ve qonaqları öldürəcək qədər acgözlü və hiyləgər bir kraldır. Homerin dediyinə görə, Sizif ən hünərli insan olmağı ilə şöhrət tapmışdı. Qardaşının qızını başdan çıxarmış, qardaşının taxtını ələ keçirmiş və Zevsin sirrlərini – xüsusən Zevsin çay tanrısı Asopusun qızı Aeginaya təcavüz etdiyi sirrinə xəyanət etmişdir. Bunun üzərinə Zevs Hadesdən Sizifi cəhənnəmdə zəncirləməsini istəmişdir. Sizif Tanatdan hiyləgərliklə zəncirin necə işlədiyini görmək üçün öz üzərində sınaqdan keçirməyini istəmiş, Tanat özünü zəncirləyəndə Sizif zənciri yaxşıca sıxmış və sonra Hadesi təhdid etmişdir. Bu vəziyyət qarışıqlığa və bu vaxt ərzində heç bir insanın ölməməsinə səbəb olmuşdur. Bunun üzərinə, rəqibləri ölmədiyi üçün etdiyi müharibələrdən zövq alamayan və bu vəziyyətə bir xeyli canı sıxılan Ares vəziyyətə müdaxilə etmiş, Tanatı sərbəst buraxıb Sizifi Tartarusa göndərmişdir.
Ancaq Sizif ölmədən öncə, həyat yoldaşına öldüyü zaman adət olduğu halda qurban verməməyini söyləmişdir. Beləcə Sizif Yeraltı dünyada həyat yoldaşının ona laqeyd yanaşdığından şikayət etmiş və Yeraltı kraliçası Persefonanı həyat yoldaşından vəzifələrini yerinə yetirməyi istəmək üçün dünyaya qayıtmasına icazə verməsi üçün razı salmışdır. Sizif Korintə çatanda geri dönməyi rəddetmiş və sonunda Hermes tərəfindən Yeraltı dünyaya geri aparılmışdır.[4]
Hiyləgərliyinin cəzası olaraq Sizif tanrılar tərəfindən böyük bir qayanı dik bir təpənin zirvəsinə yuvarlamağa məhkum olundu. Sizif tam təpənin zirvəsinə çatanda qaya hər zaman əlindən çıxıb aşağı yuvarlanırdı və Sizif hər şeyə yenidən başlamaq məcburiyyətində qalırdı. Rəsim Sizifin boş səylərinin canlı nümunəsidir. Bu cəza Sizifin Çay tanrısı Asopusun qızı Eginanın yerini dediyi üçün verilmişdir. Zevs Eginayı uzaqlara aparmış və etmiş olduğu şeydən ötrü Sizifə qəzəblənmişdir.[5] Bu səbəbdən, anlamsız və ya bitmək tükənmək bilməyən işlərə ingilis dilində "Sisyphean" deyilir. Sizif antik dövr yazıçıları üçün ortaq bir mövzudur və Polygnotus adlı rəssam Delfinin divarlarına onun rəsmini çəkmişdir.
Günəş tanrıçılığına görə, Sizif hər gün şərqdən doğub qərbdən batan günəşi təmsil etməkdədir. Mövzunun digər araşdırmaçıları onu dalğaların yüksəlişi və alçalışının, ya da xain dənizin bir şəxsləşdirilməsi olaraq görürlər. Fridrix Qottlib Uelker Sizifin bilginin ardınca boşa səy göstərən bir insanı simvollaşdırdığını deyir.[6]