Skagerrak

Skagerrak
dan. Skagerrak, norv. Skagerrak, isv. Skagerrak
Ümumi məlumatlar
Eni 80-90 km
Uzunluğu 240 km
Ən böyük dərinliyi 700 m
Yerləşməsi
57°50′50″ şm. e. 9°04′23″ ş. u.HGYO
Ölkələr
Ayırır Skandinaviya yarımadası ilə Yutlandiyanı
Skagerrak xəritədə
Skagerrak
Skagerrak
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SkagerrakSkandinaviya yarımadasının Norveç sahilləri və Yutlandiya yarımadasının arasında yerləşən boğaz. Kattegat boğazı ilə birlikdə Şimal dənizini Baltik dənizi ilə birləşdirir. Uzunluğu 240 km, eni 8090 km. Norveç çökəkliyində dərinliyi 700 metrə çatır.

Boğaz suyunun duzluluğu 30‰. Florafaunası zəngin sayılır, və onların 2000 dəniz növü vardır.

Skaggerak hər iki dünya müharibəsi zamanı Almaniya üçün strateji əhəmiyyətli mövqeyi idi. Birinci dünya müharibəsi zamanı ən iri dəniz döyüşlərdən biri Yutland döyüşü burada baş verib. Boğazda nəzarəti əlinə keçirtmək üçün, İkinci dünya müharibəsi zamanı Almaniya NorveçəDanimarkaya hücumu etmişdi.

Həm Skagerrak, həm Kattegat holland məşəli sözlərdi: holland dilindən Skagerrak təxminən Skagen kanalı kimi tərcümə olunur. Boğazı Skagen şəhəri əhatə edir, bu şəhər Danimarkanın şimall qurtaracağında yerləşir. Sözün "rak" hissəsi "düz su yolu" deməkdi.[1][2] Bu söz hissəsinin əsas mənəbəyi proto-hind-avropa dilindən götürülüb. Rak həm müasir isveç dilində, həm norveç dilində "düz" (səmt mənasında) deməkdi. Bu sözün müasir danimarka dilində olan ‘rak’ (yəni qara və ya tör-töküntü) sözlə əlaqəsi olduğuna heç bir sübüt yoxdu.

  1. Nudansk Ordbog (1993), 15th edition, 2nd reprint, Copenhagen: Politikens Forlag, entry Skagerrak.
  2. Den Store Danske Encyklopædi (2004), CD-ROM edition, Copenhagen: Gyldendal, entry Skagerrak.