Sklerofitlər (lat. skkeros – quru, bərk) — güclü inkişaf etmiş mexaniki toxumaları (sklerenxim, libriform) olan skleromorf bitkilər. Sklerofitlər sərtyarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura aiddir: sklerohiqrofitlər (məs. probka (mantar) palıdı, daş palıd), bir çox sklerokserofitlər (məs. saqqızağacı), xüsusilə yarımkollar (boyalıcı ebelek).[1]