Skutigerlər

Skutigerlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Skutigerlər
Beynəlxalq elmi adı


Skutigerlər və ya milçəktutanlar dəstəsi (lat. Scutigeromorpha)-dodaqayaqlılar sinfinə aid heyvan dəstəsi.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Skutigerlər qamətli bədənə malik, 15 cüt ayağı olan çoxayaqlılardır. Bədənin uzunluğu 15-45 mm arasında dəyişir. Bədənin səthi, quraq şəraitdə yaşamağa imkan verən sukeçirməz kutikula ilə örtülmüşdür. Milçəktutanların nazik uzun ayaqları, onların açıq səthdə cəld hərəkət etməyə uyğunlaşdığını göstərir. Başının böyürlərində yerləşmiş sıx gözcük topaları cücülərin mürəkkəb faset gözlərini xatırladır.

Milçəktutanlar sığınacaqlardan torpağın açıq səthində yaşamağa çıxmağa qabildirlər. Gecə milçəktutanlar evlərin divarları üzərində qaçaraq milçək ovlayırlar. Bir çox cənub ölkələrində qansoran cücüləri məhv etmək üçün milçəktutanları qoruyurlar.

130 növdən MDB-də 2, Azərbaycanda (Abşeronda) 1 növ qeydə alınmışdır.

Scutigera coleoptrata L.