Skylab, 14 may 1973-cü ildə Amerika kosmik agentliyi NASA tərəfindən buraxılan və istismar olunan bir kosmik stansiyadır. 1973–1979-cu illər arasında dünyanın orbitini gəzmiş və insanların orbitdə daha uzun müddət qalmalarına və çəkisiz bir mühitdə müxtəlif təcrübələr aparmasına imkan yaratmaq məqsədi daşıyırdı və bunun üçün bir atelye, günəş rəsədxanası və digər sistemlər də daxil edilmişdir. Dəyişdirilmiş Saturn V raketindən istifadə edilərək 77 ton çəkisi ilə pilotsuz kosmosa buraxılmışdır. 1973–1974-cü illər arasında stansiyaya üç pilot missiyası uçuşu həyata keçirilmişdi və Apollon Komanda/Xidmət Modulu (KSM) Saturn raket ailəsinin daha kiçik bir üzvü olan Saturn IB-yə quraşdırılmış və üç astronavtdan ibarət heyətlər daşınmışdır. Üçüncü missiyada, mümkün kosmik xilasetmə əməliyyatı üçün yerdə uçmağa hazır olan əlavə bir ədəd Apollo KSM/Saturn IB raketi hazır vəziyyətdə saxlanılmışdır.
SL-2, SL-3 və SL-4 kod adlı pilotlu kosmik uçuşdan birincisində, havaya qalxarkən xarab olmuş və stansiyanın qızmasının qarşısını almaq üçün inşa edilmiş bir günəş panelinin təmiri lazım idi. Təmir uğurlu olmasaydı, həddindən artıq istiyə görə stansiya tezliklə yararsız vəziyyətə düşəcəkdi. 25 may 1973-cü ildə kosmosa buraxılmış komanda, əvvəl xarab olmuş müdafiə panelinin yerinə ehtiyat birini yerləşdirən kosmik yürüş həyata keçirdərək uğur qazandılar. Daha sonra, ikinci bir kosmik gəzinti zamanı xarab olan günəş batareyaları dəyişdirildi. Bundan sonra təcrübələr davam etdirildi və 28 gün kosmik stansiyada keçirildi. Bu o dövr üçün bir rekord idi.
Birinci komandanı yenə də hər biri üç nəfər adamdan ibarət olan iki komanda izlədi. 28 iyul 1973-cü ildə başlayan SL-3 uçuşu 59 gün, 16 noyabr 1973-cü ildə başlayan SL-4 uçuşu 84 gün davam etdi. Son komanda 8 fevral 1974-cü ildə Yer kürəsinə qayıtdı.
Kod | Buraxılma | Geri qayıtma | Müddət (gün) |
Ekipaj | Qeyd |
---|---|---|---|---|---|
SL-1 | 1973–05–14 | 1979–07–11 | 2.249 | – | Kosmosa pilotsuz formada göndərilib |
SL-2 | 1973–05–25 | 1973–06–22 | 28 | Komandir: Charles Conrad, Jr. Pilot: Paul J. Weitz Elmi pilot: Joseph P. Kerwin |
Ən uzun müddətli kosmosda qalma rekordu. Bir kosmik stansiyadan sağ qayıtmış ilk ekipaj. Növ, Skylabın təmiri, tibbi sınaqlar, Dünya & Günəş müşahidəsi. |
SL-3 | 1973–07–28 | 1973–09–25 | 59 | Komandir: Alan L. Bean Pilot: Jack R. Lousma Elmi pilot: Owen K. Garriott |
Növ, Dünya və Günəş müşahidəsi. |
SL-4 | 1973–11–16 | 1974–02–08 | 84 | Komandir: Gerald P. Carr Pilot: William R. Pogue Elmi pilot: Edward G. Gibson |
Növ, Dünya və Günəş müşahidəsi, Kohoutek 4-55 müşahidəsi. |
Skylab, ABŞ-nin ilk (və hələ də tək) kosmik stansiyasıdır. Skylabın ilk kosmik stansiya olduğuna dair geniş yayılmış, lakin səhv bir fikir mövcuddur. Əslində Skylab, Kosmik yarış dövründə, Sovet İttifaqının Salyut 1 kosmik stansiyasından sonra və bəlkə də buna cavab olaraq orbitdə yaradılmışdır.
1979-cu ildə Yer atmosferinə girmiş və böyük sürtünmə və istiliyin parçalanmasından xilas ola bilmiş bəzi hissələri Qərbi Avstraliyada yerə düşmüşdür; bəzi hissələri hələ də NASA-da nümayiş olunur.