Slavko Kolar | |
---|---|
xorv. Slavko Kolar | |
Doğum tarixi | 1 dekabr 1891[1][2][…] |
Vəfat tarixi | 16 sentyabr 1963[3][1] (71 yaşında) və ya 15 sentyabr 1963[4] (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, ssenarist, film ssenaristi[d], hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1917–1963 |
Əsərlərinin dili | xorvat dili |
Janr | hekayə |
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı.[5]
Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib.
Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi. Əsərlərinin əsas mövzusu kəndli həyatının və əyalət ziyalılarının problemləri idi. Parlaq yumorist və satirik yazıçıdır. Slavko Koların əsərləri siyasi satira və yumoru elementlərini özündə əks etdirir. Psixoloji satiranın yaranmasında onun istedadı xüsusilə üzə çıxmışdır.
Onun qələmindən bir neçə hekayələr toplusu, 6 teatr pyesi, 4 kino və 1 telessenari, aqronomiya üzrə 8 elmi-populyar kitab və b. əsərlər çıxmışdır.
Yazıçının həyatı ilə bağlı 100-dən çox əsər çap olunub.
1963-cü ildə vəfat edib və Zaqrebdə Miroqoy qəbristanlığında dəfn edilib.