Slavoy Jijek

Slavoy Jijek
sloven. Slavoj Žižek
Doğum tarixi 21 mart 1949(1949-03-21)[1][2][…] (75 yaş)
Doğum yeri
İstiqaməti Hegelçilik, marksizm, Freydo-Marksizm, Qitə fəlsəfəsi
Əsas maraqları ideologiya, politologiya[4], marksizm, film nəzəriyyəsi, ontologiya, psixoanaliz, teologiya, Freydo-Marksizm, fəlsəfə[4], kulturologiya[4]
Təsirlənib Lui Altüsser, Gilbert Çesterton, Ziqmund Freyd, Georq Vilhelm Fridrix Hegel, Martin Haydeqqer, Fredrik Ceymson, Jak Lakan, Ernesto Laklau, Vladimir Lenin, Karl Marks, Maksimillian Robespyer, Fridrix Şellinq, İmmanuel Kant, Fridrix Nitsşe, Valter Benyamin, Teodor Adorno, Sorn Kyerkeqor, Mao Tsedun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[1][2][…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur[5]. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.[6]

Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır.[7]

1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.[8]1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfəsosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır.

Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə[9], ikinci dəfə model olan Analia Huni[10], 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir.[11] Slovencə, ingiliscə, serbcə, xorvatca, fransızalmanca səlis danışır.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi. 1988-ci ilin oktyabrında 32 sloven intellektualla birlikdə Lyublyana prosesi vaxtı etiraz olaraq Sloveniya Kommunist Partiyası sıralarını tərk etmiş,[12]1990-cı ildə Sloveniya prezidentliyinə keçirilən seçkilərdə namizədliyini verərək 5-ci yerdə qərar tutmuşdur.[13] Sağçımillətçi yazarların tənqidçisi olmuş, bir dəfə onların yığışdığı bir məclisə bomba atılıb partladılmasını ironiyayla təklif etmişdi.[14] 2008-ci ildə jurnalist Emi Qudmanla müsahibəsində özünü "ixtisaslı kommunist" kimi gördüyünü demiş,[15] 2009-cu ildə isə özünü "radikal solçu" kimi qələmə vermişdir.[16] 2013-cü ildə həbsdə olan Nadejda Tolokonnikova ilə məktublaşmaları kitab halında çap olunmuşdur.[17]

Akademik fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Akademik həyatına Tito dövründə başlamış olan Jijek, fransız filosoflarını oxumağa başlamış, 1967-ci ilk dəfə Jak Derridanın bir məqaləsini sloven dilinə tərcümə etmişdir.[8] Lyublyanada Bojidar Debenyakdan dərs almış[18], "Praksis", "Tribuna" və "Problemi" kimi jurnallarda yazmışdır. 1971-ci ildə magistr işi "marksist olmadığı üçün" qəbul olunmamış, ondan sonra Karlovatsda hərbi xidməti yerinə yetirmişdir. 1980-ci illərdə Jak Lakan, Freyd və Altusserdən tərcümələrlə məşğul olmuşdur.[19] 1988-ci ildə kino nəzəriyyəsi haqqında ilk kitabını yayımlamışdır. Əsasən "Lacanian Ink", "In These Times", "New Left Review", "London Review of Books", "Mladina" jurnallarında yazır, "Dnevnik" və "Delo" qəzetlərində çıxış edir.

Jijekə görə, filosof nəzəriyyə yaradaraq suallara cavab verən şəxsdir.[20]

Ontologiya və ideologiya

[redaktə | vikimətni redaktə et]

Karl Marksın Alman ideologiyası əsərini tənqid edərək, insanların saxta şüura sahib olmadığını deyir. Jijekin fikrincə, insanların ən dərin motivləri şüursuzdur və ideologiya mövcud olan ictimai qayda-qanunlar üçün bəraət kimi bir funksiya daşıyır. Reallıq isə simvolik real (təkcə metaforalarla anlaşılan reallıq), xəyali real (qorxulu gerçəklik) və real real (subliminal həqiqət) anlayışı olmaqla üç yerə bölünür.

Jijek şüurun qeyri-şəffaf olduğunu düşünür, onun fikrincə, bir insanın şüurunun mövcud olub-olmadığını yaxud onun bir mim olub-olmadığını heç vaxt bilə bilmərik və bu şübhənin özü şüurun mövcudluğunun göstəricisidir.[21]

Jijekin fikrincə, dövlət insanların davranışını tənzimləyən qurumlar sistemidir. Onun kollektiv davranış xaricində gücü yoxdur və əsasən simvolikdir. Yəni qanun əslində cəmiyyətin öz arasındakı təyin etdiyi yazılmamış qanunlardır.[22] Buna görə də siyasi qərarlar əslində təbii nəticələrdir. Məsələn, əgər dövlət məişət xərclərində azaltma haqda qanun qəbul edir və bunu obyektiv səbəblərdən etdiyini iddia edirsə, demokratiyadan və vətəndaş fəaliyyətindən bəhs edirsə, əslində burada yenə də əsas subyekt sərmayədir.[23] Jijekin fikrincə, ən adi sosial problemləri belə böyütmək labüddür. Jijekə görə, siyasət cəmiyyət strukturunda rolu olanlar və olmayanlar arasında bir mübarizədən ibarətdir.[24]

Jijek postmodern subyektin rəsmi qurumlara sinik baxdığını, həmçinin konspirologiyaya da inandığını deyir. Jijekin fikrincə, insanlar əsl azadlığı daddıqdan sonra azad olmaqdan qorxduğu üçün "Digər" adlı anlayışla onları hələ də başqalarının idarə etdiyinə inandırmağa çalışır.[25] Onun fikrincə, insan xüsusən kapitalist rejimdə yaşayırsa və ona yalan danışıldığını bilirsə, bu bəs etmir. Bir insan nə etdiyini bilsə belə, bu o demək deyil ki, o doğru olanı edir.[26]

Jijek dinin düşmən olduğunu düşünmür, lakin onun fikrincə, din də bir mübarizə meydanıdır. Onun fikrincə, dindarlar, heç də "allahsız stalinist kommunistlər"dən fərqlənmir, hər ikisi əxlaqi və etik hərəkətlərdənsə, ilahi düşüncəyə daha çox önəm verirlər.[27]

İl Adı Rolu
2004 Virtualın reallığı Özü
2005 Zizek! Özü
2006 Bir pozğunun film bələdçisi Özü
2012 Bir pozğunun ideologiya bələdçisi Özü

Digər filmlər

[redaktə | vikimətni redaktə et]
İl Adı Qeyd
1996 Liebe Dein Symptom wie Dich selbst! Jijek haqda sənədli film
2006 Alien, Marx & Co. — Slavoj Žižek, Ein Porträt Jijek haqda sənədli film
2006 Possibility of Hope Özü
2008 Examined Life Bir səhnədə rolda iştirak edir
2009 Terror! Robespierre and the French Revolution Özü
2011 Marx Reloaded Filmdə marksistlərdən bəhs edilərkən, haqqında söhbət gedir.

Haqqındaki kitablar

[redaktə | vikimətni redaktə et]
  • Kelsey Wood, Zizek: A Reader's Guide (Wiley-Blackwell: 2012).
  • Warren Breckman, Adventures of the Symbolic: Postmarxism and Radical Democracy (New York: Columbia University Press, 2013)
  • Sean Sheehan, Žižek: A Guide for the Perplexed (London: Continuum, 2012).
  • Christopher Hanlon, "Psychoanalysis and the Post-Political: An Interview with Slavoj Žižek." New Literary History 32 (Winter, 2001).
  • Tony Myers, Slavoj Žižek (London: Routledge, 2003).
  • Sarah Kay, Žižek: A Critical Introduction (Cambridge: Polity, 2003).
  • Ian Parker, Slavoj Žižek: A Critical Introduction (London: Pluto Press, 2004).
  • Matthew Sharpe, Slavoj Žižek, a little piece of the Real (London: Ashgate, 2004).
  • Rex Butler, "Slavoj Žižek: Live Theory" (London: Continuum, 2005).
  • Jodi Dean, Žižek's Politics (London: Routledge, 2006).
  • Walter A. Davis, "Slavoj Zizek, or the Jouissance of the Abstract Hegelian" in Death's Dream Kingdom (London: Pluto Press, 2006).
  • Peter Klepec: Ad… Fəsil: Slavoj Žižek, Poskusiti znova — spodleteti bolje (Ljubljana: Cankarjeva založba 2011), p. 442–485 (Jijekin və digər Lakanianist filosofların slovencə və ingiliscə əsərlərinə istinad olunan 70 əsas ideya)
  • Adam Kotsko, Žižek and Theology (New York: T & T Clark, 2008).
  • Marcus Pound, Žižek: A (Very) Critical Introduction (Interventions) (Grand Rapids: Eerdmans, 2008).
  • Adrian Johnston, Žižek's Ontology: A Transcendental Materialist Theory of Subjectivity (Evanston: Northwestern University Press, 2008).
  • Adrian Johnston, Badiou, Žižek, and Political Transformations: The Cadence of Change (Evanston, Northwestern University Press, 2009).
  • Dominik Finkelde, Slavoj Žižek zwischen Lacan und Hegel. Politische Philosophie, Metapsychologie, Ethik (Wien: Turia + Kant, 2009).
  • Paul A. Taylor, Žižek And The Media (Cambridge: Polity Press, 2010).
  • Raoul Moati (ed.), Autour de S., Žižek, Psychanalyse, Marxisme, Idéalisme Allemand, Paris, PUF, "Actuel Marx", 2010
  • Fabio Vighi, On Žižek's Dialectics: Surplus, Subtraction, Sublimation, (Continuum, 2010).
  • Matthew Sharpe and Geoff Boucher "Zizek's and Politics: A Critical Introduction" (Edinburgh University Press, 2010)
  • Chris McMillan, "Žižek and Communist Strategy: On the Disavowed Foundations of Global Capitalism" (Edinburgh University Press, 2012)
  • Matthew Flisfeder, The Symbolic, The Sublime, and Slavoj Žižek's Theory of Film (New York: Palgrave Macmillan, 2012).
  • Matthew Flisfeder and Louis-Paul Willis (eds.), Žižek and Media Studies: A Reader (New York: Palgrave Macmillan, 2014).

Müəllifi olduğu əsas əsərlər

[redaktə | vikimətni redaktə et]
  • İdeologiyanın əzəmətli obyekti — 1989
  • Simptomundan zövq al! — 1992
  • Zövq metaztazları — 1993
  • Əsl gözyaşlarının qorxusu — 2001
  • İnanc haqqında — 2001
  • Parallaks görüntü — 2006
  • Lakanı necə oxumalı — 2006
  • Son dövrləri yaşamaq — 2010
  • Jijekin lətifələri — 2014
  • Nadya və Slavoyun həbs məktubları — 2014
  1. 1 2 Slavoj Žižek // filmportal.de. 2005.
  2. 1 2 Slavoj Žižek // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Catalog of the German National Library (alm.).
  4. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. Britannica — Slavoj Jijek — Sublime object of Ideology [ölü keçid]
  6. Skof, Lenart (2010): "On Progressive Alternative: Unger Versus Žižek", Synthesis Philosophica 49.
  7. ""International Journal of Žižek Studies". 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  8. 1 2 [https://web.archive.org/web/20211128063611/https://www.mladina.si/96679/nar-kdo_je_kdaj--ursa_matos/?utm_source=tednik%2F200442%2Fclanek%2Fnar-kdo_je_kdaj--ursa_matos%2F&utm_medium=web&utm_campaign=oldLink Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine "Kdo je kdaj: Slavoj Žižek. Tisti poslednji marksist, ki je iz filozofije naredil pop in iz popa filozofijo" [Kim, nə zaman: Slavoy Jijek. Popdan fəlsəfəyə, fəlsəfədən popa keçən son marksist]
  9. "Renata Salekl ilə müsahibə (slovencə)". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  10. "Filozof Žižek je ujel krasotico". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  11. "Žižka vzela Jela z Dela". 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  12. "Skupinski protestni izstop iz ZKS". 2011-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  13. Nohlen, D & Stöver, P (2010) Elections in Europe: A data handbook, p1778 ISBN 978-3-8329-5609-7
  14. "Jijeklə müsahibə (slovencə)". 2013-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  15. "Everybody in the World Except US Citizens Should Be Allowed to Vote and Elect the American Government"–Leading Intellectual Slavoj Žižek". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  16. "Slovenian Philosopher Slavoj Zizek on Capitalism, Healthcare, Latin American "Populism" and the "Farcical" Financial Crisis". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  17. "Nadezhda Tolokonnikova of Pussy Riot's prison letters to Slavoj Žižek". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  18. "Delavsko-punkerska univerza". 2013-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  19. "Prevajalci — Društvo slovenskih književnih prevajalcev". 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
  20. Butler, Rex və Scott Stephens. "Play Fuckin' Loud: Žižek Versus the Left. Arxivləşdirilib 2021-05-17 at the Wayback MachineThe Symptom
  21. Sinnerbrink, Robert (2008). "The Hegelian 'Night of the World': Žižek on Subjectivity, Negativity, and Universality Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine". International Journal of Žižek Studies. ISSN 1751–8229. Sitat: "Bu ülvi xəyalın qeyri-adi analizi, Haydeggerin tənqidi və Hegelin "dünyanın gecəsi"nin yenidən təftişi birlikdə Jijekin Kartezian subyektinə gətirdiyi yenidən baxışa əlavə olunur"
  22. Slavoy Jijek, "Özünün nə etdiyini bilməyənlər üçün"
  23. Slavoy Jijek, Dözümsüzlüyə bəraət
  24. Žižek, Slavoj (1999). "Political Subjectivization and Its Vicissitudes". The Ticklish Subject: the absent centre of political ontology. London: Verso. ISBN 9781859848944.
  25. Žižek, Looking Awry: an Introduction to Jacques Lacan through Popular Culture
  26. Žižek, Slavoj (18 mart 1999). "'You May Arxivləşdirilib 2019-01-17 at the Wayback Machine!'".London Review of Books 
  27. "Ateizm uğrunda döyüşməyə dəyər bir mirasdır". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

İngiliscə