Snail Mail (16 iyun1999[1], Ellikot-Siti[d], Merilend) — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk mini albomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü.
Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb.[2] Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir.[3] Cordan Roma-Katolik tərbiyəsi almışdır.[4] O, gitara çalmağa 5 yaşında başlayıb[5] və yeniyetmə ikən pank səhnəsi onu valeh edib.[6] Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi. O, bu təcrübəni nəhayət öz qrupunu yaratmağa ruhlandıran "böyük an" kimi qeyd etdi.[6][7] O, məktəbdə kilsə qrupu və caz qrupu üçün gitara çalırdı.[8] Təxminən 12 yaşında öz mahnılarını yazmağa başladı və restoranlarda və qəhvəxanalardan izləyici cəlb etməyə başladı.[3][9] Cordan 2018-ci ildə Bruklindəki St. Joseph's Kollecinə daxik oldu, lakin diqqətini karyerasına yönəltmək üçün iştirak etməməyi seçdi.[10]