Snayper (ing. Sniper) - orduda xidmət keçən əsgərə verilən ad. Bu əsgərlərə Snayper tüfəngi ilə xüsusi təlim keçirilir. Snayperlər uzaq məsafədə yerləşən hədəfi vurmaq və ya kiçik ölçülü hədəfləri vurmaq üçün xüsusi ləvazimatlardan istifadə edirlər. Düşmən tərəfindən görünməmək məqsədilə snayperlər kamuflyajdan istifadə edirlər. Snayperlər 1 km məsafəyədək dəqiq atəş aça bilir.
Dünyanın bir çox ölkələrində xüsusi təyinatlı birləşmələrin tərkibində snayper birlikləri mövcuddur.[1] Ovçuluqla məşğul olan şəxslərin snayperlər tərəfindən istifadə olunan vasitələrdən istifadə etməsi geniş yayılmışdır. Snayper sözüdə ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Ovçuların nadir hallarda ovlaya bildiyi snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.[2]