Sofiya Rotaru | |
---|---|
ukr. Софія Михайлівна Ротару rum. Sofia Rotaru ukr. Софія Михайлівна Євдокименко-Ротару | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 avqust 1947 (77 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, kino aktrisası, dirijor, xormeyster[d], sahibkar, musiqi prodüseri, aktrisa |
Fəaliyyət illəri | 1968-ci ildən |
Janrlar | pop musiqisi, disko, rok, xalq musiqisi, estrada[d] |
Musiqi alətləri | domra, zərb alətləri, bayan[d] |
Səs tembri | soprano, kontralto |
Albom şirkətləri | Warner Music Group[d] |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
sofiarotaru.com | |
![]() |
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı.
Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası"[1][2] və "Bu bizim dünyamızdır!" adlandırmışdı.
1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır.
Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur. O Moldovanın "Respublika Ordeni" ilə təltif edilmişdir.