Sokratın müdafiəsi

Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində sərgilənən Jak-Lui David tərəfindən çəkilmiş Sokratın ölümü adlı tablo (1787) Sokrat öz arzusu ilə zəhər içərək ölmüşdür.

Sokratın müdafiəsi (yun. Άπολογία Σωκράτους, Apología Sokrátus) — Yunan filosofu Platon tərəfindən yazılmış, Sokratın bir qrup Afinalı tərəfindən şəhərin tanrılarına inanmaması və gəncləri inancdan çəkindirməsi səbəbi ilə günahlandırılması, Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılmasından bəhs edən dialoq. Əsər "Euithipron" əsərinin davamı olaraq yazılmışdır. Sokratın müdafiəsi əsəri "Euithipron" və "Kiriton" bölmələri ilə birlikdə, üçlük təşkil edirlər. "Euithipron"da məhkəmədən əvvəl, şahidlərin dindirilməsi və məhkəmə prosesi haqqında danışılır. "Kiriton" hissəsində isə məhkəmədən sonra yaşanan hadisələr göstərilir.

Eramızdan əvvəl 403-cü ildə Afina demokratiyası AfinaSparta arasındakı Peloponnes müharibəsindən, minlərlə insanın öldürülməsinə və ya sürgün edilməsinə səbəb olan[1] Otuz Tiranın qovulmasından sonra yenidən qurulma prosesinə başladı. Müxtəlif təbəqədən olan afinalılar, gənc əhalisini itirmiş və epidemiyalardan əziyyət çəkən şəhəri yenidən qurmaq üçün birlikdə işləməyə başladılar.[2] Şəhərin qanunlarına yenidən baxıldı. Belə bir dövrdə həyat tərzi "fəlsəfə etmək" olaraq ümumiləşdirilə bilən Sokrat; suallar,[3] köhnə müdrikləri təhlil edən, bəzən çürüdən sorğulayıcılığı və Afinanın liderlərinə istiqamətləndirdiyi tənqidləri ilə bir çox düşman qazandı. Demokratiya oliqarxiya ilə əvəz olunsa da, Afinanı yenə də yenidən qurmağa çalışılırdı; Otuz Tiranın qovulmasında təsirli rol oynamış, Afina ordusunda komandir olaraq xidmət göstərmiş Anytos və afinalı aristokrat Lykon olan, Euthyphron dialoqunda haqqında zəif bir cavan olaraq adı keçən Meletos adlı gənc tərəfindən[4] "gənclərin əxlaqını pozmaq və dinsizlik" ittihamları ilə açılan məhkəmənin nəticəsində 500'lər Məclisinin qərarı ilə[5][6] 70 yaşındakı[7] Sokrat E.Ə 399-cu ildə ölümə məhkum edildi.[8]

Apología Sokrátus əsərin orijinal adıdır. Qədim yunan dilində Apologia sözü müdafiə mənasını verir. Sokratın Müdafiəsinin ingiliscəsi apology, fransızcaalmancası isə apologie kimi tərcümə edilir. Bu sözlərin mənaları öz dillərində üzr istəmək olsa da, Apologia sözü, yunan dilində qərb dillərindəki kimi üzr demək deyil. Başqa sözlə, İngilis dilində Apology sözü bir tərcümə deyil, başqa bir əlifba ilə yazan[9] Əsərdə göründüyü kimi, Sokrat üzr istəmir və ya çıxışında təəssüf hissi keçirmir. Müdafiəsini yalnız inandığı dəyərlər üçün edir.

İttihamlara qarşı nitqi (1-ci hissə)

[redaktə | mənbəni redaktə et]

Sokrat onu günahlandıranları 2 yerə ayırır: məhkəmədə günahlandıranlar və "köhnələr".[10] Müdafiə etdiyi ilk hissə, keçmiş ittihamçılarına qarşı olur. O, iddianı açan Meletosun da keçmiş ittihamçıların sözünə aldandığını iddia edir. Sokrat ittiham edənlərin onun haqqında belə danışdıqlarını iddia edir: "Sokrat həm dünya, həm də göyləri araşdırır. İşgüzar biridir. Buna görə də günahkardır. Başqalarına eyni şeyləri öyrətməklə, pisi yaxşı kimi göstərir.[11] Bu keçmiş ittihamçılardan yalnız komediya yazarı olan Aristofan adını verir.

Sokratın fikrincə, onun Afinada adının çıxmağının bir səbəbi var: Müdrikliyi. Ancaq bunu özünü bəyənmişlik kimi deyil, bir fakt kimi təqdim edir. Müdrikliyini isə Delfidəki kahinin sözlərinə arxalandıraraq bu hadisəni təsvir edir:

Sokratın dostlarından olan Khairephon Delfiyə gedir və dünyada Sokratdan daha ağıllı insan olub olmadığını soruşur. Aldığı cavab olmamağı idi. Bu öngörməni qəbul edə bilməyən Sokrat, özündən daha ağıllı ola biləcəyini düşündüyü dövlət adamları, ozanlar və sənətkarlarla danışmaq və öngörməni çürütmək üçün yollar axtarmağa başlayır. Sokrat, ağıllı olduqlarını düşünən bu insanların müdrik olmadığını anlayandan sonra, ağılsız olduqlarını sübut etməyə başladı. Beləliklə, bir çox düşmən qazanır. Heç bir şey bilmədiyi halda özünü müdrik sayan bu şəxslərdən tək fərqinin "heç bir şeyi bilməməsini bilməyi" olduğunu deyir. Ancaq bu münasibət, onu, müdrikliyini rədd etdiyi insanlar tərəfindən müdrik adam olaraq qəbul etməyə məcbur edir.[12] Bu onun düşmənçiliyinin səbəbidir.

Sokrates; Meletos, Anytos və Lykonun bütün bunların əsasında ona hücum etdiyini deyir. Meletosun ozanlar, Anytosun sənətkarlar və dövlət adamları və Lykonun isə natiqlər adından ona qarşı olduğunu söyləyir.[13] Köhnə ittihamçılara qarşı müdafiəsini bitirdikdən sonra sıra yeni ittihamçılara vaxtı gəldi. O, əsas ittihamçı Meletos haqqında ilk tənqidini təqdim edir: de Afinalı əsgərlərin Meletos'un ordu olaraq xidmət etdiyini söyləyirəm. Çünki ciddi məsələləri lağ mövzusu edir, insanları asanlıqla məhkəməyə verməyə çalışır və heç maraqlanmadığı mövzularda özünü narahatmış kimi göstərir.[14]

Daha sonra Meletos ilə sual-cavab şəklində davam edən bir dialoqa girdi. İnsanlar bilərəkdən heç bir pislik etmədiklərinidən danışır. Ölümə məhkum edilsə, nəcib, lakin kobud və miskinliyi ilə milçəyin sancaraq oyatmasına möhtac, nəhəng ata oxşatdığı bu kəndə özünü həsr eləmiş birinin itirilə biləcəyindən bəhs edir.[15] Gəncləri yoldan çıxartdığı iddialarına qarşı, yoldan çıxarılılanları və ya yaxınlarını məhkəmədə görə bilmədiyini arqument kimi dilə gətirir. Əgər onlara qarşı pis rəftar edilmişdirsə, niyə ondan qisas almaq istəmədiklərini soruşur. Müdafiə sonunda niyə hakimlərə gözyaşları ilə qışqırmadığını və ya mərhəmət diləmək üçün şahid olaraq uşaqlarını və ya kimisə evindən niyə çıxarmadığını izah etdi.[16] Bütün bunların ona yaraşmayacağını bildirir.

Fransız rəssam Françis-Piyerre Peyronnun (1744–1814) Sokratınn Ölümü adlı əsəri

Sokrat kiçik bir fərqlə günahkar sayıldı. Platon hakimlərin və ya səslərin sayını qeyd etmir, lakin Sokratın daha 30 səs alacağı təqdirdə azad olunacağını bildirir. Bir çox alimə görə hakimlərin nisbəti 281-in 220-ədir və Sokrat 361-ə 140 səslə edam cəzasına məhkum edilmişdir.[17][18]


Verilmiş cəza haqqında nitq (2-ci hissə)

[redaktə | mənbəni redaktə et]

Qədim Yunan mədəniyyətində həm müdafiə, həm də ittiham mövqelərinin cəza təklif etmə ənənəsi var idi. Məhkəmə onlardan birini seçə bilər. Bu anda Sokrat cəza təklifi ilə məhkəməni daha da qəzəbləndirir.

Sokrat nitqinə nəticəyə qəzəblənmədiyini bildirməklə başlayır. Daha 30 səs alacağı təqdirdə azad olacağını söyləyir. Meletosun 1: 5 nisbətini çətinliklə tutduğunu və pul cəriməsindən yaxa qurtardığını xatırladaraq qara yumor edir.[19] Hakimlərin səsləri 1: 5-ə çatmasa, ittiham tərəfi ağır cəzalara məhkum edildi. (O zamanlarda məhkəmənin mənasız işlərlə məşğul edilməsinin qarşısını almaq üçün; hakimlərin səslərinin 1: 5-ə nisbətinə çatması, əks təqdirdə isə ittihamçı tərəfini ağır cəzalara məhkum edilməsi kimi şərtlər qoyulmuşdu)[20] Meletos, Sokrat üçün edam cəzasını tələb edir; Sokrat, cəza yerinə, Prytaneionda (Afinadakı əhəmiyyətli məclis binalarından biri) pulsuz yemək verilməsini təklif edir.[21] Başqa bir şey təklif etməməsinin səbəbini belə izah etdi: Bir səlahiyyət altında qul kimi yaşamaq istəmədiyi üçün həbs cəzası təklif etmir. Cəriməni ödəməyəcəyini deyir. Sürgündən şiddətlə imtina edir. O, hətta Afinada belə dilinə görə çətinliklə yaşaya biləcəyini və gedəcəyi yerlərdə eyni şeylə qarşılaşacağını bildirdi.[22]

Məhkəmə üzvlərinə istiqamətlənən nitq(3-cü hissə)

[redaktə | mənbəni redaktə et]

Sokratın lehinə və əleyhinə səs verənlər üçün çıxışlar edərək müdafiəsini bitirir.

Ölüm cəzasının lehinə səs verənlərə

[redaktə | mənbəni redaktə et]

Onsuz da həyatının sonuna az qalmış birinə ölüm cəzasını uyğun görənlər bu qərarların doğuracağı nəticələrini görəcəklər. Yaşlı və əslində elə olmamasına baxmayaraq "müdrik" birinin ölümündən başqalarının ancaq cəza verənləri məsuliyyətli hesab edəcəyini deyir. Əslində məhkəmə qarşısında yalvarmamasının və özünün alçatmamasının öldürülməsinin əsl səbəbi olduğunu deyir. Bunları eləməkdənsə ölməyi üstün tutduğunu deyir.[23] Sonda isə öldürülməsinə səs verənlər haqqında bir öngörmə irəli sürür. Edamından sonra başlarına daha böyük bəlaların gələcəyini deyir.[24]

Ölüm cəzasının əleyhinə səs verənlərə

[redaktə | mənbəni redaktə et]

Sokrat onun yaşamasının lehinə səs verənlərlə söhbət edir. İlahi gücün səsinin səhv bir iş görəndə həmişə ona qarşı olduğunu, lakin bütün bu hadisələrdə heç vaxt buna qarşı olmadığını, qərarının yaxşı bir şey olduğunu söyləyir. Ölümü iki ehtimalla qiymətləndirir: boşluq və ya ruhun köçü. Ölümə sakitliklə yaxınlaşır və hətta məmnuniyyətini də ifadə edir.[25]

Nəhayət, ittihamçılarına tərəf dönərək və qəzəblənmədiyini söylədi və onlardan bir şey istədi. Gələcəkdə övladları fəzilətdən daha çox pula dəyər verərlərsə və ya saxta bir müdriklik hissinə qapılarlarsa, özlərini bilməzlərsə, etməli olduqlarını etməzlərsə; oğullarına, özünün onlarla rəftar elədiyi kimi eləməsini tövsiyə edər

Cəzanın icrası

[redaktə | mənbəni redaktə et]
Sokratın büstü, Vatikan muzeyi.

Sokrat məhkəmə qarşısında müdafiəsini edər. Ömrünün qalan hissəsini fəlsəfədən məhrum və ya sürgündə keçirtməkdənsə; əvvəlcə heç kəsin edam eləməyi düşünmədiyi, sadəcə susturulması və üzr istəməsi hədəflənən filosof, prinsiplərinə tərs düşməyərək ölümü seçir.[26]

Qədim Afinada, yaz aylarında Apollonun şərəfinə qeyd olunan bayramlarda gəmi ilə elçi göndərildi. Qanunlara görə gəminin gediş-gəliş müddətində edam hökmünün icrası qadağan edilmişdir. Gəmi limandan ayrıldıqdan bir gün sonra məhkum edilmiş Sokrat 30 günlük gecikməylə edam edildi.[27] Dostlarının, xüsusən də Kritonun köməyi ilə qaçmaq şansı olsa da, Sokrat qaçmaqdan imtina edir və qanuna riayət etdi. Beləliklə, o, öz düşüncələrinə və dəyərlərinə zidd bir münasibət sərgiləmədi.[28] Bu yanaşma və qərar, Sokratın Müdafiəsinin davamı olan Platonun yazdığı Kriton dialoqunda aydın şəkildə göstərilir. Sokrat xallı badyan zəhərini içməklə həyatına son verdi.[29]

Məhkəmə qeydləri

[redaktə | mənbəni redaktə et]

Məhkəmə qeydləri günümüzə qədər gəlib çıxmayıb. Sokratın nitqinə aydınlıq gətirən iki mənbə var. Bunlar Platon və Ksenofonun yazdıqları müdafiədir. Məhkəmə zamanı Platon orada idi, ancaq əsərini məhkəmə qeydləri kimi görmək düzgün olmazdı.[30]

  1. Taylor C.C.W. Sokrat. İstanbul: Altın Kitaplar Yayınevi. 2002. səh. 19. ISBN 975-21-0189-5.
  2. Susan Zannoz. Sokratın həyatı və dövrləri/The Life and Times of Socrates. London: Mitchell Lane Publishers. 2004. səh. 19. ISBN 978-1584152828.
  3. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 14. ISBN 975-997-076-7.
  4. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 9. ISBN 975-997-076-7.
  5. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 163. ISBN 975-997-076-7.
  6. Taylor C.C.W. Sokrat. İstanbul: Altın Kitaplar Yayınevi. 2002. səh. 21. ISBN 975-21-0189-5.
  7. Lau Stefan/Law Stephen. Fəlsəfə/Felsefe. İnkılap Kitabevi: Mitchell Lane Publishers. 2010. səh. 242. ISBN 978-975-10-2996-6.
  8. Taylor C.C.W. Sokrat. İstanbul: Altın Kitaplar Yayınevi. 2002. səh. 12. ISBN 975-21-0189-5.
  9. Platon. Sokratın Məhkəməsi və Ölümü/The Trial and Death of Socrates. Hackett Publishing Company. 2000. səh. 20. ISBN 978-0872205543.
  10. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 37. ISBN 975-997-076-7.
  11. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 37-39. ISBN 975-997-076-7.
  12. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 49. ISBN 975-997-076-7.
  13. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 53. ISBN 975-997-076-7.
  14. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 55. ISBN 975-997-076-7.
  15. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 75. ISBN 975-997-076-7.
  16. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 83-87. ISBN 975-997-076-7.
  17. Con Çaffi. The Philosophers Way. 2006. 640. ISBN 9780133867787.
  18. Tomas Brikhauz. Sokrat Məhkəmədə/Socrates on Trial. 1990. 325. ISBN 978-0691019000.
  19. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 91. ISBN 975-997-076-7.
  20. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 164. ISBN 975-997-076-7.
  21. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 93. ISBN 975-997-076-7.
  22. Plato. Platonun möhtəşəm dialoqları/Great Dialogues of Plato. Signet Classics. 1999. ISBN 9780451527455.
  23. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 97-99. ISBN 975-997-076-7.
  24. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 101. ISBN 975-997-076-7.
  25. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 103-107. ISBN 975-997-076-7.
  26. Əhməd Cəvizçi. Fəlsəfə Tarixi/Felsefe Tarihi (PDF). İstanbul: SAY YAYINLARI. 2010. səh. 72. ISBN 9754688498.
  27. Platon. Kriton. İstanbul: SAY YAYINLARI. 2017. səh. 59. ISBN 9754689150.
  28. Platon. Kriton. İstanbul: SAY YAYINLARI. 2017. səh. 11. ISBN 9754689150.
  29. Susan Zannoz. Sokratın həyatı və dövrləri/The Life and Times of Socrates. London: Mitchell Lane Publishers. 2004. səh. 43. ISBN 978-1584152828.
  30. Platon. Sokratın Müdafiəsi/Sokrates`in savunması. İstanbul: Kabalcı Yayınevi. 2006. səh. 12. ISBN 975-997-076-7.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]