"Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı | |
---|---|
pol. Niezależny Samorządny Związek Zawodowy „Solidarność” | |
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1980-cı ilin avqust-noyabr ayları |
Qeydiyyat tarixi | 10 noyabr 1980 |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Pyotr Duda (əvvəllər - Lex Valensa) |
solidarnosc.org.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Solidarnost (pol. Solidarność — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı (pol. Niezależny Samorządny Związek Zawodowy "Solidarność") — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi.
Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərə və anarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu. Hal-hazırda Polşa Respublikasında həmkarlar ittifaqıdır. "Solidarnost"un qurucusu və tarixi lideri Lex Valensadır.
2010-cu ilin məlumatlarına görə, "Solidarnost"un 400 mindən artıq üzvü vardır.[1]
"Solidarnost" OPZZ ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır.[1]
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Həmçinin, Avropanın həmkarlar ittifaqlarını birləşdirən Avropa Həmkarlar İttifaqında və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Məsləhət Şurasında təmsil olunur.[1]