Sor | |
---|---|
39°29′21″ şm. e. 47°01′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır.[2] 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır.[4]
Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir.[5] Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir. Bununla belə, Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatlarının tərkib hissəsi kimi həmin ilin 29 iyununda Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri alınmışdır.
4 iyun 1993-cü ildə baş vermiş Gəncə qiyamından sonra Xocavənd (Hadrut) rayonunun Cəbrayıl rayonu ilə həmsərhəd kəndlərinə, o cümlədən Sor kəndinə erməni hücumları güclənmişdir. Belə hücumların birində, 1993-cü ilin avqust ayında kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.
2020-ci il noyabr ayının 26-da Sor kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçu öldürülmüş, 2 nəfər yaralanmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti dekabr ayında bu ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.[6]
Sor kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
235 | Dini kompleks[7] | XIII əsr | Sor kəndi | Memarlıq | Ölkə |
236 | Qala[8] | Qeyd olunmayıb | Sor kəndi | Memarlıq | Ölkə |
4326 | Məbəd[9] | XVII əsr | Sor kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[10] | XXXX | XXXX | XXXX |
2009[11] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.