Sosialist Demokratiya Partiyası

Sosialist Demokratiya Partiyası
Loqonun şəkli
Quruluş tarixi 2002
Baş qərargah
İdeologiya demokratik sosializm
İdeoloji spektr solçuluq
Saytı s-d-p.org


Sosialist Demokratiya Partiyası (türk. Sosyalist Demokrasi Partisi, SDP) — Türkiyədə sosialist partiya. Üzvlərinin əksəriyyəti əvvəllər ÖDP daxilində[1] Sosialist Fəaliyyət Platforması adlı müxalifət qrupunda idi. Onlar kürdyönümlü DEHAPifrat solçuluqla daha sıx əlaqələri müdafiə edərək özəlləşdirməAvropa İttifaqına üzvlük əleyhinə kampaniya aparırdılar. Onların fikirləri əksər ÖDP filialları tərəfindən "çox mühafizəkar" görüldü və onlar 2001-ci ildə partiyanı tərk etmişdilər.

SDP 28 avqust 2002-ci ildə təsis edilmişdir.[2] O, 2002 və 2004-cü il seçkilərində iştirak etməmiş, lakin solçu seçki ittifaqlarını dəstəkləmişdir. 2005-ci ilin yayında daha geniş birləşmə üçün danışıqlar aparmaq üçün Sosialist Forumu elan etmiş və bu, nəticəsiz qalmışdır. 2007-ci il seçkilərində Demokratik Cəmiyyət Partiyasının müstəqil namizədlərini dəstəklədiyini bəyan etmişdir. 2007-ci ildə TBMM-yə seçilən Akın Birdal SDP-nin fəxri sədridir.[3]

Böyük bir daxili mübahisədən sonra Türkiyə solunun nüfuzlu adı olan Mehri Belli də daxil olmaqla bir sıra qurucu üzvlər 2008-ci ildə istefa vermişdir. 2004-cü ildən bəri Türkiyənin yeganə qadın partiya sədri vəzifəsini icra edən Filiz Qoçali 2009-cu ildə istefa vermişdir.[4]

Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalq Demokratik Konqresinin iştirakçılarından biri idi.[5]

Partiya 2015-ci ildə özünü buraxmış və Birləşmiş İnqilab Partiyasına qoşulmuşdur.

  1. "Archived copy" (PDF). 2016-03-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-03-25.
  2. Refugees, United Nations High Commissioner for. "Refworld | Turkey: The Socialist Democracy Party, including origin, structure, leadership, objectives, and activities; requirements and procedures to become a member of the party, including membership cards; treatment of party members and supporters by authorities (2015-February 2017)". Refworld (ingilis). 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  3. "Diyarbakır SEÇİM SONUÇLARI". secim.haberler.com. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  4. "PEACE AND DEMOCRACY PARTY". archive.is. 2013-06-15. 2013-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  5. "HDK Bileşeni Kurumlar". 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.