Kommunikasiya |
---|
Əsasları |
Sahələr |
Fənlər |
Kateqoriyalar |
Sosiolinqvistika, Sosioloji dilçilik və ya Sosioloji linqvistika — mədəni və sosial normalar, gözləntilər və kontekst, o cümlədən dilin necə istifadə olunduğunu və cəmiyyətin dilə necə təsir etdiyini müəyyənləşdirən, cəmiyyətin hər tərəfini təsvir etməyə çalışan bir tədqiqat növü və ya sosiologiyanın linqvistika ilə kəsişdiyi fənlərarası sahədir. Bu elm sahəsi insan cəmiyyətlərinin sosial sinif, etnik mənsubiyyət, yaş və cins kimi özünəməxsus olan faktorlar ilə qarşılıqlı əlaqəsini və bu qarşılıqlı əlaqələrdən yaranan dəyişiklikləri qarışıq bir formada tədqiq edir.[1][2]
Dil və cəmiyyət arasındakı əlaqənin məzmunu və müxtəlifliyi baxımından təsir sahəsi olduqca dəyişkən olan bu sahənin iki əsas təsir dairəsi mövcuddur: makro səviyyəli təsir dairəsi və mikro səviyyəli təsir dairəsi.
Sosial olaraq qiymətləndirilmiş vəziyyətləri və bununla əlaqədar olan funksiyaları sosial kontekstdə tədqiq edir. Bu sahə insan cəmiyyətlərinin öz dillərindən necə, hansı şəraitdə və nə vaxt istifadə etdiyini öyrənir.[2]
Cəmiyyətlərdən və regionlardan asılı olaraq dilin istifadəsi zamanı baş verən dəyişiklikləri tədqiq edərək dilin sosial və regional dəyərini izah edir. Cəmiyyət tərəfindən istifadə olunan nitqin istehsalına (necə istifadə olunması) və mənasına diqqət yetirir. Bu sahə həmçinin mədəniyyət daxilində nitqin təhlilini və onun mədəniyyətlərarası ünsiyyətdəki rolunu tədqiq edərək öyrənir.
Dilçi alim Vilhelm fon Humboldtun hər bir dilin öz danışanlarının dünyagörüşünü əks etdirən daxili formaya malik olması fikrini cəmiyyətlə dil arasındakı əlaqənin tədqiqi sahəsinə çağırış kimi qiymətləndirmək mümkündür.[1]
Dil qabiliyyətini “sosial dil” (langue) və “fərdi nitq” (parole) kimi qiymətləndirən Ferdinand de Sossür, dilin və nitqin formalaşmasında fərd və cəmiyyətə diqqəti cəlb edir. Bu mənada dili cəmiyyət üzvləri arasında bağlanmış olan müqaviləyə oxşadır. Bu vəziyyət dil və cəmiyyət arasındakı əlaqəni tədqiq etmək üçün bir səbəb ola bilər.[1]
Sosial dilin təbəqələrindən və bu təbəqələrin funksiyalarından bəhs edən Bazil Bernşteyn özünün çatışmazlıq nəzəriyyəsi ilə sosial təbəqələrin dilə təsirini açıq şəkildə ifadə edir. Sözügedən nəzəriyyəyə əsasən, cəmiyyətin aşağı və orta təbəqələri arasında dilin funksiyası baxımından çatışmazlıq mövcuddur. Cəmiyyətin aşağı təbəqəsi orta təbəqəyə nisbətən dildən daha az və adekvat olmayan (yetərsiz) formada istifadə edir. Bundan əlavə, qeyd olunan alt sinifin dili (basilect) daralmış kod kimi, orta sinifin dili (mesolect) isə genişləndirilmiş kod kimi göstərilmişdir. Bu fikirlərə əsaslanaraq həyata keçirilmiş olan dil tədqiqatlarında cəmiyyətin öyrənilməsi zərurətə çevrilmişdir.[1]
Bernşteynin qeyd etdiyi çatışmazlıq nəzəriyyəsinin tənqidi kimi qəbul edilmiş ayrılıq nəzəriyyəsi Vilyam Labovun həyata keçirmiş olduğu tədqiqatlar istiqamətində qiymətləndirilir. Ayrılıq nəzəriyyəsi Labov və bu mövzu ilə əlaqədar olaraq tədqiqatlar həyata keçirmiş olan digər tədqiqatçılara istinad edilərək qiymətləndirildiyi zaman, həm standart ingilis dilinin, həm də qeyri-standart ingilis dilinin özünəməxsus sosial məna və funksiyalarının olduğu və məhz buna görə də, birinin digərindən üstün olub-olmamasının qiymətləndirilməsinin qeyri-mümkün olduğu başa düşülür. digəri bu unikallığa görə. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, sosial davranış müəyyən mənada dil davranışı kimi də, adlandırıla bilər.[3]