Sovetlər (rus. Сове́т, hərf. şura) — Rusiya imperiyasında (1905–1907-ci illərdə), Rusiya Respublikasında, RSFSR-də, SSRİ-də, Rusiya Federasiyasında və digər sovet respublikalarında (1993-cü il oktyabrın 4-dək) əhali tərəfindən müəyyən müddətə seçilmiş xalq hakimiyyətinin kollegial nümayəndəli orqanları.
Onlar əsas tətillər üçün orqanlar kimi meydana çıxmışdılar, daha sonra isə silahlı qüvvələr də daxil olmaqla hökumətə qarşı mübarizə aparmışdılar.[1] Mövcudluğunun ilkin mərhələsində proletariatın mənafeyini ifadə etmək üçün nəzərdə tutulmuş sinfi orqan idi.[2]