Spahan | |
---|---|
Spahan və ya Partav — son antik dövrdə Sasani vilayəti. İndiki İranın mərkəzində yerləşir, demək olar ki, İsfahan ostanına uyğun gəlir.
"Spahan" müxtəlif pəhləvicə möhürlərdə və yazılarda, o cümlədən zərdüşti keşişi Kartirin möhürlərində təsdiq edilmişdir.[1] Mütəxəssislər güman edirlər ki, İsfahan adı "spahan"ın ərəbləşmiş formasıdır.[2] Region Sasani numizmatikasında GD abbreviaturası ilə görünür. Ptolemeyin "Coğrafiya" əsərində "ordu üçün toplaşma yeri" kimi tərcümə olunan "Aspadana" kimi görünür. Ehtimal olunur ki, "Spahan" sözü "ordular" mənasında olan "spadanam" sözündən əmələ gəlir. Vilayət I Şapurun Kəbəyi Zərdüştdəki kitabəsində "Partav" adlanır.[3]